Page 262 - jirmunski
P. 262
tor Jirmunski
girir; adәtәn bundan sonra tutmalar keçib gedir vә xәstә tamami-
lә sağalır. Bu andan etibarәn o, şaman kimi xidmәt etmәyә başla-
yır”.52
Orta Asiyada ifaçı-söylәyici vә ovsunçu-şaman peşәlәri ara-
sındakı әlaqәlәrin çoxlu izi qalır. Özbәklәrdә “baxşı” sözü ilә,
bir tәrәfdәn el sәnәtkarı, digәr tәrәfdәn isә loğman-ovsunçu, öz
sehrli nәğmәsi, dәfdә, dombrada vә ya qopuzda ifası ilә xәstәlәr-
dәn pis ruhları (cinlәri) qovub çıxaran xalq loğman-şamanı ifadә
olunur. Qazaxlarda baksı, qırğızlarda baxşı – yalnız şaman, ov-
sunçu, loğman kimi qәbul edildiyi halda, türkmәnlәrdә baxşı
yalnız peşәkar ifaçı-musiqiçi, xalq söylәyicisidir.
Keçmişdә özbәklәrdә vә qazaxlarda hәr iki sәnәtin bir şәxs-
dә birlәşdirilmәsi ilә bağlı çoxlu mәlumatlar vardır. Qırğızlarda
bu yaxın zamanlaradәk manasçılar yeri düşәndә loğman funksi-
yalarını da yerinә yetirirdilәr. Onları insanlar vә heyvanlar xәstә-
lәnәndә, doğuşları asanlaşdırmaq mәqsәdilә vә s. dәvәt edirdilәr.
Qırğız manasçısı Keldıbek haqqında rәvayәtdә (Muxtar Aue-
zov yazıya alıb) nәğmәnin sehrli gücü ilә bağlı tәsәvvürlәr çox
aydın şәkildә әks olunub: “Deyirlәr, Kedıbek oxuyanda onun
oturduğu alaçıq lәrzәyә gәlәrmiş, o, öz nәğmәsinin gücü ilә tәbiәt
hadisәlәrini oyadarmış. Qәfildәn aulun üstünü boran alarmış vә
namәlum atlılar peyda olarmış” (Manas vә onun silahdaşları),
“onların atlarının yerişindәn yer titrәyәrmiş”.54
Türk xalqlarının orta әsrlәrә aid eposu vә bununla bağlı şifa-
hi rәvayәtlәr poetik ideallaşdırmada bir şәxsdә epos söylәyicisi-
nin vә şamanın әks olunduğu ifaçının qәdim obrazını – bir çox
cizgilәri ilә görücü-ifaçı Vyaynyaymyoynenә yaxın olan obrazı
saxlamışdır. Bizә XV әsrdә işlәnmiş әdәbi variantda (XVI әsrin
türk әlyazması) gәlib çatmış “Kitabi-Dәdә Qorqud” dastanı oğuz
bahadırlıq nәğmәlәri silsilәsindәn ibarәtdir. Bu silsilә hәlә oğuz-
lar Sırdәrya ovalıqlarında vә Aral sahili çöllәrindә (IX–X әsrlәr)
köçәri hәyat sürdüyü dövrlәrdә yaranmış vә XI әsrdә oğuzların
bir qismi Sәlcuqlar sülalәsi sultanlarının başçılığı altında Qafqa-
za vә Anadoluya girdikdәn sonra, XI–XV әsrlәrdә inkişaf edәrәk
tam formalaşmışdır.55
Bütün bu qәhrәmanlıq dastanları silsilәsindәn qeybdәn xәbәr
verәn qoca Qorqud obrazı ilә bağlı ümumi bir xәtt keçir. “Qor-
262