Page 267 - jirmunski
P. 267
Xalq qəhrəmanlıq eposu

Feodal sarayında epik dastanların ifası hakim sinfin kifayәt
qәdәr ciddi senzurasına mәruz qalırdı. X.T.Zәrifovun söylәyici-
lәrin dilindәn yazıya aldığı mәlumatlarda bu barәdә geniş söz
açılır.62 Keçmişdә çoban vә ya yoxsul adam olmuş qәhrәman bәy
vә ya sәrkәrdә statusu alıb hәr hansı bir xanı mәğlubiyyәtә uğra-
dırdısa, zadәgan dinlәyici burada cәmiyyәtin “әsaslarının silkә-
lәnmәsi”ndәn şübhәlәnmәyә bilmәzdi. Mәsәlәn, bir dәfә urqud
bәylәrindәn biri Qoroğlu haqqında dastanların әn yaxşı ifaçıla-
rından olan şair Sultan Muradı bu dastanlardan birini söylәmәk
üçün öz yanına dәvәt edir. İfaçı qәhrәmanı “sultan Qoroğlu” ad-
landırdıqda qәzәblәnib özündәn çıxan bәy başmağını çıxarıb
onun ağzından vurmuş vә demişdi: “Sәn nә cürәtlә bu dilәnçi
Qoroğlunu sultan adlandırırsan!”.

Feodal cәmiyyәtinin ruhani senzurası sivil senzuradan heç
dә geri qalmırdı. Bir dәfә sonralar mәşhurlaşmış Fazil Yuldaşev
dini hakim Qazi Sәfәr vә onun adlı-sanlı qonaqlarının qarşısında
ifa etmәk tәklifi almış vә ehtiyatsızlıqdan Rüstәm haqqında das-
tanı Firdovsinin “Şahnamә”sindәki müvafiq epizodların xalq va-
riantından seçmişdir. Qazi Sәfәr tez Fazili saxlayıb soruşur:
“Rüstәm Mәhәmmәd peyğәmbәrdәn әvvәl yaşayıb, yoxsa son-
ra?”. Bilәndә ki, Rüstәm bütpәrәst (kafir) olub, Sәfәr Fazilә bu
dastanı söylәmәyi qadağan edir. Bir ildәn sonra Fazil yenә dә ha-
kimin yanına dәvәt alır vә bu dәfә ona “Rüstәm xan” xalq dasta-
nını ifa edir. Hakim dәrhal onu saxlayıb soruşur: o, vaxtilә qada-
ğan olunmuş dastanı tәkrarlamır ki? Söylәyici cavab verir ki,
Rüstәm xan başqa adamdır, o, qazinin malikanәsinin yerlәşdiyi
әraziyә yaxın Ağdaş әyalәtindәn Sultan xanın oğludur, müsәl-
man vә igid bahadır olub. Bu sorğu-sualdan sonra Qazi Sәfәr ifa-
nı davam etmәyә icazә verir. Fazil auditoriyanın ab-havasına bә-
lәd olduğundan öz qәhrәmanının obrazına mömin müsәlman ciz-
gilәri әlavә edir. Rüstәm xanın gәnc yaşlarında molladan tәhsil
aldığını, dindar olduğunu, şәriәti yaxşı bildiyini vә s. eşidәn din-
lәyicilәr mәmnun qalırlar. Ancaq onlar arabir öz iradlarını da bil-
dirirlәr, hәtta ifaçıya dastanda müvafiq dәyişikliklәr etmәyi mәs-
lәhәt görürlәr.

267
   262   263   264   265   266   267   268   269   270   271   272