Page 269 - jirmunski
P. 269
Xalq qəhrəmanlıq eposu

birbaşa rәğbәt qazanırdılar. Hәr şey qәhrәmanın anasının vә ya
sevgilisinin gözlәri önündә baş verir. Onların yalvarışları vә xa-
hiş-minnәt etmәlәri, xüsusilә dә ananın rәhmsiz hakimә ünvan-
lanan müraciәtlәri vә toplaşanların sәssiz şәfqәti söylәyici vә
onun auditoriyasının feodal özbaşınalığı vә zorakılığının çoxsaylı
qurbanlarına olan rәğbәtinin bariz ifadәsidir. Orta Asiyada mәş-
hur xalq romanı “Tahir vә Zöhrә” belә faciәli sәhnәlәrin parlaq
nümunәsi kimi götürülә bilәr.

Adәtәn xalq öz iztirablarının ümumi, ona aydın olmayan
mövcud siyasi vә sosial quruluşdan yox, әdalәtsiz vә qәddar ha-
kimin şәxsi keyfiyyәtlәrindәn qaynaqlandığını düşünür. Ona
görә dә öz ümidlәrini “xeyirxah şahzadә”yә bağlayır, elә bilirlәr
ki, şahzadә taxtda atasını әvәz edib kasıb vә varlılara eyni gözlә
baxacaq, varlılar vә zadәganlar tәrәfindәn haqsız yerә incidilәn
xalqın qayğısına qalacaq. Çox vaxt haqsız yerә taxt-tacdan mәh-
rum edilmiş belә şahzadә öz uşaqlıq illәrini sürgündә, kasıb in-
sanların әhatәsindә keçirir; onu hәyatını borclu olduğu sadә ço-
ban böyüdür. Sonradan çoban oğlanın şahzadә olduğu üzә çıxır,
o, әdalәtli padşah kimi tanınır, öz xalqının iztirablarını unutmur
vә xalqın ağır güzәranını yaxşılaşdırmağa çalışır.

Yuxarıda qeyd etdik ki, özbәk eposunda Qoroğlu obrazının
populyarlığı onunla bağlıdır ki, “Qoroğlu” әsri vә onun ölkәsi
Çәmbel xalq şüurunda ictimai әdalәtlә bağlı çoxәsrlik arzuları
tәcәssüm etdirirdi.

Keçmişdә qazax vә qırğız akınları arasında da tәbәqәlәşmә
vardı. Y.İsmayılov yazır: “Qazax xalqının tarixindә elә böyük
dövrlәr olurdu ki, akınlar öz zamanından, mәnşәyi vә sinfi mәn-
subiyyәtindәn, fәrdi bioqrafiya faktlarından asılı olaraq müxtәlif
ideologiyaların ifadәçilәrinә çevrilirdilәr. Onlardan bәzilәri xanı
tәrәnnüm edir vә feodal ideologiyasının tәrәfdarları kimi çıxış
edirdi; digәrlәri – әsasәn geniş kütlәyә daha yaxın olan sәyyar
musiqiçilәr vә ifaçılar öz nәğmәlәrindә xalqın istәklәrini vә ümid-
lәrini, onun azadlıq vә müstәqillik, yaxşı hәyat uğrunda çoxәsrlik
mübarizәsini әks etdirirdilәr”.63

1901-ci ildә V.Q.Korolenko qazax çöllәrinә sәyahәt edәndә
İrcan Çulakov adlı bәyin qulluğunda olan saray akın-dombraçısı

269
   264   265   266   267   268   269   270   271   272   273   274