Page 273 - jirmunski
P. 273
Xalq qəhrəmanlıq eposu

“Seytek”ә aiddir) edir. Radlov hәm dә Manas dastan silsilәsi ilә
әlaqәli “Colay xan” (5 322 şeir) vә “Әr-Töştük” (2 146 şeir) epik
dastanlarını qeydә almışdır. Bu dastanların süjet xәtti nağılı xa-
tırladır. Radlovun qeydә aldığı variantlar tam deyil vә tәsadüfi
xarakter daşıyır, çünki alim hәmin vaxt әsas diqqәti dilә, dillә
bağlı mәqamlara yönәltmişdi. Bununla belә, hәmin variantlar
XIX әsr әnәnәsinin sübutu kimi tәdqiqatçılar üçün böyük maraq
kәsb edir.

Sovet dövründә “Manas”ın öyrәnilmәsinin әsasını qazax ya-
zıçısı, Orta Asiya xalqlarının folkloru vә eposunu gözәl bilәn
Muxtar Auezov qoymuşdu. Qırğız manasçılarının yaradıcılığını
erkәn dünyasını dәyişmiş Kalım Raxmatullin5, epik әsәrin tarixi
köklәrini qırğızıstanlı mәrhum professor A.N.Bernştam6, eposun
etnoqrafik elementlәrini S.M.Abramzon7, qırğız şifahi vә yazılı
әdәbiyyatında dastanın yeri mövzusunu isә M.İ.Boqdanova8 araş-
dırmışlar. Hazırda A.M.Qorki adına Dünya Әdәbiyyatı İnstitutu
Moskva, Leninqrad vә Qırğızıstan alimlәrinin iştirakı ilә “Ma-
nas” eposuna hәsr olunmuş toplunu nәşrә hazırlayır.

Qırğız eposunun yaranması vә onun tәrkibi problemi “Ma-
nas”ın bütün variantlarının maksimum geniş öyrәnilmәsini tәlәb
edir. Әn yaxşı qırğız manasçılarının ifası, Radlovun da qeyd et-
diyi kimi (bax: bu barәdә yuxarıda, s. 245-dә danışılmışdı), daim
yaradıcı improvizasiya ilә müşayiәt olunub: mәtnlәrin axıcılığı
vә çoxlu sayda variantın olması da bununla bağlıdır. Bu zaman
ifanın daha da uzadılması, süjet xәttinin bir qәdәr dә genişlәndi-
rilmәsi, yeni gözәl tәfәrrüatlarla zәnginlәşdirilmәsi qәdimdәn
qırğız söylәyicisinin yüksәk ustalıq әlamәtlәri hesab olunurdu
(bax: s.247). Söylәyici vә onun auditoriyasının epik tәfsilata be-
lә sevgisi bilavasitә eposun miqyasının genişlәnmәsinә gәtirib
çıxarırdı. Ona görә dә variantların sistemli qarşılaşdırılması bu
nәhәng epopeyanı әsas tәrkib hissәlәrinә bölmәyә, daha qәdim
hissәlәri ayırmağa, epik süjetin әsas yaranma vә inkişaf mәrhәlә-
lәrini – bir çox әsrlәr boyu davam edәn tamamilә uzun vә mürәk-
kәb bir prosesi müәyyәn etmәyә imkan verәcәk.

Bu iş yeni başlayır. “Manas”ın keçmiş araşdırıcısı mәrhum
K.Raxmatullinin dissertasiyasında Orozbakov vә Karalayev ver-

273
   268   269   270   271   272   273   274   275   276   277   278