Page 270 - jirmunski
P. 270
tor Jirmunski
(qazax dilindә “dombra” sözündәn) ilә görüşmüşdü. Korolenko
yazır: “Ordanın “yeni insanı”nın alaçığında dombraçı yalnız öz
ağası haqqında, ona әnam verilmiş paltar vә qılıncı barәdә oxu-
yurdu. Dombraçının nәğmәsindә ağanın çoxsaylı madyanları,
bol qımızı vәsf olunur, onun yanına paytaxtın özündәn belә qo-
naqların gәlişi haqqında söz açılırdı…” 64
Qırğızlarda tәrif dolu mәdhiyyә nәğmәlәri “maqtoo” (tәrif-
namә) adlanırdı. Bu janrdan olan nәğmәlәr, adәtәn, akının hami-
si manapın – xidmәt etdiyi çöl feodalının şәrәfinә bәstәlәnirdi.
Mәsәlәn, yarışda gәnc Toktoqula65 mәğlub olmuş akın Arzımat
manap Kәrim bәyin saray ifaçısı idi. Öz sahibinә, varlı vә әsil-
nәcabәtli ağaya tәrif qoşan akınla demokratik cәrәyanın nüma-
yәndәsi olan xalq akını arasında keçirilәn belә yarışlar mütlәq
böyük әks-sәda doğururdu. Gәnc Cambulla akın Kulmambet vә
Sarbasın aytısları da eyni sәciyyә daşıyır.66
Belәliklә, akınlardan bir çoxu çöl zadәganlarına xidmәt edib
öz himayәdarlarının şәrәfinә mәdhiyyәlәr bәstәlәyirdisә, digәr-
lәri, o cümlәdәn sonrakı nәslin yaddaşında özünә yer tutmuş
mәşhur akınlar ifşa vә satira ilә çıxış edir, onlardan bәzilәri, hәt-
ta milli-inqilabi hәrәkatın bilavasitә iştirakçısına çevrilirdilәr.
Qazax akını Maxambet Utemisov (1846-cı ildә öldürülmüşdür)
İsatay Taymanovun başçılıq etdiyi xalq üsyanının iştirakçısı ol-
muş, bu hәrәkatı tәrәnnüm etmişdir. Cambulun müәllimi akın
Suyumbay Ablay xanın oğlu Tәzәk xan haqqında mәzәmmәt vә
töhmәt dolu nәğmәlәr oxuyurdu. Çar hökumәti dövründә bir çox
mәşhur akınlar öz ifalarına görә hәbsxanalara vә ya sürgünә
göndәrilirdi, mәsәlәn, Sarı Barakov, Doskey Alımbayev, Baluan
Şolak vә başqaları, Deyilәnә görә, 1916-cı ildә Türküstanda xalq
hәrәkatının vüsәtindәn qorxan Vernen qubernatoru Semireçye-
nin bütün mәşhur akınlarını qazamata salmaq haqqında göstәriş
vermiş (o cümlәdәn Cambulu) vә azadlığa çıxdıqdan sonra onla-
rın dini vә ibrәtamiz nәğmәlәrdәn savayı, hәr hansı başqa nәğmә
ifa etmәyi qәti qadağan etmişdi.67
1898-ci ilin Namanqan üsyanında iştirak etmәkdә günahlan-
dırılan görkәmli qırğız akını Toktoqul Satılqanov (1864–1933)
270