Page 266 - jirmunski
P. 266
tor Jirmunski

sindә ilahәlәr vә Apollon şairә ilham verir, yәni ona yaradıcı is-
tedad verib xidmәtә sәslәyir (Hәlәlik şairdәn Apollona müqәd-
dәs qurban olmağı tәlәb etmir).

5
Yaxın keçmişdә Orta Asiya xalqlarının eposu üzәrindә apar-
dığımız müşahidәlәr, eposun feodal cәmiyyәtindә mövcudluğu-
nun sosial şәraiti haqqında tәsәvvürlәrimizi dәqiqlәşdirmәyә im-
kan verir.
Sosial mәnşәyinә görә özbәk söylәyicilәri – baxşılar әksәrәn
kәndli (dehqanlıq) mühitindәn çıxmışlar. Onların çoxu kasıb hә-
yat sürmüş, bәylәrin qapısında işlәmiş, erkәn yaşlarında kәndli
hәyatının bütün çәtinliklәrinә qatlaşmışlar. Digәrlәri Fazil Yul-
daşev kimi, uşaq vә gәnc yaşlarında çoban olmuş, çobanlardan
dombrada ifa etmәyi öyrәnmiş vә onların nәğmәlәrinin ilk dinlә-
yicilәri dә çobanlar olmuşdur. Hәtta әn mәşhur ifaçılar da hәyatı-
nın son gününәdәk kәndli işlәri ilә mәşğul olmuşdur. Kәndli
әmәyi onların әsas dolanışıq mәnbәyi olaraq qalırdı, söylәyicilik
isә yoxsul adam üçün, әlbәttә ki, (Rusiyanın şimal ifaçılarında
olduğu kimi) kömәkçi, әlavә sәnәt idi.
Qәdim Özbәkistanda el sәnәtkarlarının әsas dinlәyicilәri qış-
laq sakinlәri – elә hәmin sadә dehqanlar idi. Lakin tanınmış
söylәyicinin fәaliyyәt dairәsi onun doğma kәndi ilә mәhdudlaş-
mırdı. Onu әkinçilik işlәrinin olmadığı qış vaxtlarında yaxın-
uzaq kәndlәrә dәvәt edirdilәr vә belәcә, onların arasında bu vә
ya digәr şәkildә sıx әlaqә yaranırdı; o, ailә vә ya el şәnliklәrindә,
yaxud qabaqcadan müәyyәnlәşdirilmiş başqa gecәlәrdә oxuyur-
du.
Söylәyicilәri Özbәkistanın bir çox feodalları, bәylәr vә xan-
lar da himayә edirdilәr. Saray söylәyicilәri haqqında ayrıca da-
nışmaq olar. Mәsәlәn, baxşı nәğmәlәrinin böyük hәvәskarı Qa-
ban lәqәbli Әr-Nәzәr baxşı Buxara әmiri Nәsrullanın (1860-cı il-
dә vәfat etmişdir) sarayında fәaliyyәt göstәrirdi. Lakin çox vaxt
söylәyicilәr feodal saraylarının yalnız epizodik qonaqları olurdu-
lar vә onların әksәriyyәti yalnız qışlaq auditoriyası üçün oxuyur-
dular.

266
   261   262   263   264   265   266   267   268   269   270   271