Page 263 - jirmunski
P. 263
Xalq qəhrəmanlıq eposu

qud ata” Oğuz xalqının müdrik ağsaqqalıdır. Oğuzların bütün iş-
lәri onun mәslәhәti ilә görülür, o, gәlәcәk qәhrәmanlara ad verir,
at bağışlayır, xeyir-dua verir vә qәhrәmanın elçiliyini edir. Çoxlu
sayda atalar sözlәri, xalq müdrikliyi misalları “Dәdә Qorqud de-
yәrdi…” formulu ilә Qorqudun adına bağlanır. Bununla bәrabәr,
o, söylәyicidir (ozan). O, öz nәğmәsini qopuzda ifa edir, oğuz
bahadırlarının şücaәtlәrini tәrәnnüm edir.

Xivә xanı Әbülqazinin (1660)56 “Türkmәnlәrin şәcәrәsi” әsә-
ri oğuzların Orta Asiya rәvayәtlәrini әks etdirir. Qorqud burada
tayfanın patriarxı, 95 yaşa çatmış müdrik ağsaqqal, beş oğuz xa-
nının mәslәhәtçisi (vәziri) kimi tәsvir olunmuşdur. Bu “Şәcәrә”-
nin fәsillәrinin mәnbәyi Rәşidәddinin “Oğuzun vә türklәrin tari-
xi vә onların dünyada hökmranlığı” (XIV әsrin әvvәli) tarixi әsә-
ridir. Bununla yanaşı, bu tarixi әfsanә artıq XIII әsrin sonlarında
qeydә alınmışdır.

Qazax folklorunda Qorqud ata baksıları qopuzda çalıb oxu-
mağı öyrәdәn ilk baksıdır (şaman). Qazax baksıları sehrli ovsun-
larında onun adını çağırırlar. Belә bir әfsanә var: Qorqud qopuz-
da ifa etmәklә Sırdәryada üzәn xalça üzәrindә әylәşib ölümdәn
qaçırmış; ancaq yuxu ona üstün gәlir vә “ölüm balaca bir ilan
obrazında xalçanın üzәrinә qalxıb Qorqudu sancır”. Müsәlman
әhalisi arasında sitayiş yeri olan “müqәddәs Qorqud”un mәzarı-
nın Sırdәrya sahillәrindә Cusalı şәhәrinin yaxınlığında (Xorxut
dәmiryol stansiyası) olduğu bildirilir. V.V.Bartold haqlı olaraq
qeyd edir ki, bu kult “Sırdәrya ovalığı әrazisi oğuzların hәyatın-
da mühüm yer tutduğu zamanlarda”, islamdanqabaqkı dövrdә
meydana gәlmişdir (X әsr).

Qәbilә ağsaqqalı, görücü vә şaman, eyni zamanda epik xalq
rәvayәtinin yaradıcısı vә qoruyucusu Qorqud sonradan qәhrә-
manlıq eposunun peşәkar söylәyicisi kimi diferensiasiya olunan
el sәnәtkarının qәdim sinkretik tipinin aydın izlәrini belәcә daşı-
yır.

“Uzaqgörәn ifaçı” fiqurunun tipikliyi türk xalqlarının epik
yaradıcılığının ilkin dövrlәri üçün artıq yuxarıda qeyd etdiyimiz
kimi (bax: s.222), Qızıl Ordanın tarixindәn qaynaqlanan hadisә-
lәrin canlı izi ilә XV әsrdә yaranmış Edigey haqqında noqay-qa-

263
   258   259   260   261   262   263   264   265   266   267   268