Page 274 - jirmunski
P. 274
tor Jirmunski

siyaları arasında süjet ziddiyyәtlәri göstәrilmişdir. Bu ziddiyyәt-
lәrdәn әn vacibi Almanbetin gәlişi, Manasın Kanıkeyә nişanlan-
ması vә Beycinә yürüşün başa çatmasına aiddir. Karalayevin
versiyasında “Koketeyin yas mәrasimi” yoxdur vә bu, dastanı
“Manas” ilә әlaqәlәndirәn yaşlı nәslin qәhrәmanlarının çoxsaylı
tәsirlәrindәn biri kimi “Semetey”ә daxil edilir. Görünür, göstәri-
lәn ziddiyyәtlәrin bәzisi iki müxtәlif epik mәktәbә – Narın, ya-
xud Tyan-şan (Orozbakov) vә Qaragöl, yaxud İssık-kul (Karala-
yev) mәktәbinә aiddir.

Saqımbay Orozbakovun versiyası “Manas”ın klassik versi-
yası sayılır. Bu variant tәsvir baxımından daha dolğun vә aydın-
dır. Lakin bu versiya xalq arasında Manas haqqında yayılmış
müxtәlif çoxsaylı real epik dastanların üstünә kölgә salmamalı-
dır. Bir vaxtlar “Manas”ı müxtәlif tanınmış söylәyicilәrin ifasın-
da dinlәmiş “görkәmli akın” qırğız milli eposunun daha geniş,
zәngin vә sistemli variantını vermәk üçün öz repertuarını şüurlu
olaraq genişlәndirmәyә vә tәkmillәşdirmәyә çalışmışdır. Bu mә-
nada “görkәmili akın” “Kalevala”nın toplayıcısı Lyonnrotu xa-
tırladır, bir mühüm fәrqlә ki, o, alim yox, istedadlı xalq söylәyi-
cisi idi. Digәr әksәr qırğız söylәyicilәrindәn fәrqli olaraq Saqım-
bay savadlı idi vә bir az dini tәhsil almışdı. O, qırğız xalqının ta-
rixi ilә yaxından maraqlanırdı, daha savadlı dostlarından vә mәs-
lәhәtçilәrindәn aldığı mәlumatlar onun “Manas”ın qәdim dövrdә-
ki vәziyyәti haqqında tәsәvvürlәrini daha da artırırdı. Ehtimal et-
mәk olar ki, onun versiyasındakı tarixi coğrafiya (Orxon çayı,
Altay vә s.) mәhz bu mәlumatlardan irәli gәlib. Orozbakov din-
dar adam idi, bu da onun variantına müәyyәn tәsir göstәrmişdi,
xüsusilә dә Manasın kafirlәrә qarşı apardığı müqәddәs yürüşlәrә
hәsr olunmuş konsepsiyanın inkişafı bu baxımdan daha diqqәtә-
layiqdir. O, öz versiyasına (digәr manasçıların da tez-tez etdiyi
kimi) yeni, qeyri-әnәnәvi epizodlar әlavә etmişdi: söylәyicinin
bu yeniliyinә, mәsәlәn, Manas ilә İlya Murometsin fantastik әl-
bәyaxa döyüş sәhnәsi daxildir. Xoşbәxtlikdәn Orozbakovun bu
yad әlavәlәri asanlıqla fәrqlәnir; ancaq elә buna görә dә Orozba-
kovun variantını digәr paralel versiyalarla daha cidd-cәhdlә tu-
tuşdurmaq tәlәb olunur.

274
   269   270   271   272   273   274   275   276   277   278   279