Page 255 - jirmunski
P. 255
Xalq qəhrəmanlıq eposu

süjetә uyğunlaşdırmağa çalışır. Sonra gәnc ifaçı-şәyird, adәtәn,
çölә vә ya dağlara çәkilir vә burada, әlindә tobşur, öyrәndiyi
eposu yetkin ifaçı kimi ifa etmәyә çalışır, yәni heç nәyi nәzәrdәn
buraxmadan, heç bir epizodu qaçırmadan, tәsvirlәrin “ümumi
yerlәri”ni uğurlu variasiya edib sevilәn epitet vә digәr üsullarla
zәnginlәşdirmәyi öyrәnir. Yaxşı yaddaşı, tәbi vә istәyi olan gәnc
şәyird öz ustadının tapşırıqlarına düzgün әmәl etmәklә tez bir
zamanda 4–5 min misradan ibarәt böyük bir qәhrәmanlıq epope-
yasını çox yaxşı ifa etmәyi öyrәnә bilәr”.41

Epos ifaçılarının peşәkar tәlim keçmәsi Avropa xalqlarına da
tanış olan hadisәdir. Homer silsilәsindәn olan poemaları ifa edәn
qәdim yunan rapsodlar mәktәbi, qәdim İrlandiya vә Valisdә kelt
xalqlarının filidlәr vә bardlar mәktәbi, orta әsr Fransasında jonq-
lyorların peşәkar birliklәri vә mәktәblәri, Serbiyada cәnubi slav-
yan eposunu ifa edәn kor quslyarlar mәktәbi (hәlә XVIII әsrdә),
Ukrayna vә Belorusiyada kobzar vә lirnik mәktәblәri vardı.42

4
Peşәkar tәlim prosesinin olmasına baxmayaraq, Orta Asiya
söylәyicilәri arasında nәğmә söylәmәk bacarığının sehrli mәnşә-
yi haqqında tәsәvvür formalaşmışdır.43
Söylәyicinin sehrli istedadı haqqında bioqrafik әfsanәlәr
bütün Orta Asiya xalqlarına tanışdır.
Özbәk söylәyicilәrinin hekayәtlәrinә әsasәn, gәlәcәk baxşı
adi bir çobandır. O, açıq havada, hansısa ağacın altında, öz
sürüsünün yanında yatır. Yuxuda onun yanına namәlum bir insan
gәlir (güman ki, İslamın müqәddәs şәxsiyyәlәrindәn biri), onun
әlinә dombra verir vә ifa etmәyi buyurub deyir: “Sәn baxşı ola-
caqsan!” İfaçı yuxuda çalıb-oxumağa başlayır. Ayılanda görür
ki, yanında heç kim yoxdur. Hәmin gündәn ona vergi verilir vә
o, söylәyici olur. Seçilmiş adam ilahi sәdaya müqavimәt göstәr-
dikdә isә bәdbәxtliklәrә vә ya xәstәliyә düçar olur.
Qazaxlarda bu rәvayәtin digәr variantına rast gәlirik.
Gәlәcәk ifaçı yuxuda mәşhur bir akını görür. Akın öz domb-
rasını ona verib akın olacağını deyir. Burada tez-tez gәnc oğlana

255
   250   251   252   253   254   255   256   257   258   259   260