Page 251 - jirmunski
P. 251
Xalq qəhrəmanlıq eposu

gәrlәrindәn fәrqli olaraq, özbәk folklorşünasları tәrәfindәn daha
çox tәdqiq edilmişdir. Özbәkistanın digәr vilayәtlәrindәn dә bir
sıra söylәyici qeydә alınmışdı; yәqin ki, burada başqa söylәyici
mәktәblәri vardı.

Özbәk baxşı mәktәblәrindәn fәrqli olaraq, qazax akınlarının
öyrәdilmәsi heç dә tәşkilatlanmış vә peşәkar xarakter daşımırdı.
Onların repertuarı da çox müxtәlifdi vә әnәnәvi xalq nәğmә ya-
radıcılığının müxtәlif – epik, lirik vә didaktik janrlarından ibarәt
idi. Buna baxmayaraq, hәr bir qazax akınının öz müәllimi var idi
ki, hәmin müәllim ona şifahi improvizasiya sәnәtini vә müәyyәn
bahadırlıq nәğmәlәrinin ifa әnәnәsini öyrәdirdi. Semireçyedәn
olan (indiki Cambul vilayәtinin Kokoterek rayonu) Cambul Ca-
bayevin (1846–1945) müәllimi, artıq biz dediyimiz kimi, onun
yerlisi, vaxtilә mәşhur akın Suyumbay (1827–1895) idi.
Dövrümüzün daha bir görkәmli akını, xüsusilә bahadırlıq eposu-
nun ifası ilә mәşhurlaşan Nurpeys Bayqanin (1860–1945) Ak-
tübә vilayәtinin Temir rayonundan idi vә “Koblandı-batır”ın öz
versiyasını o, qәdim söylәyici Maqsuddan öyrәnmişdi. Nurpey-
sin dediyinә görә, Maqsud bütöv bir söylәyici sülalәsinin sonun-
cu nümayәndәsi idi. “Akın Maqsudun atası Dılqambet, Dılqam-
betin atası Bıteqen, Bıteqenin atası Terlikpay, Terlikpayın atası
Bakı, Bakının atası Jasklen, Jasklenin atası Bekberqen – bunların
hamısı virtuoz ifaçı-söylәyicilәr idilәr. Poemanın süjetini onlar-
dan öyrәnmişәm”.36 Nurpeysin dilindәn 1938 vә 1944-cü illәr
arasında “Koblandı” (9 000 misra), “Kubıqul” (5 000 misra),
“Torexan” (5 000 misra) poemaları vә hәmçinin “Nәrgiz” vә
“Akkenje” lirik poemaları (yәni mәnzum hekayәtlәr) da yazıya
alınmışdır. Bütün bunlar onun epik repertuarının yalnız bir hissә-
sini tәşkil edirdi.

Manqışlaq yarımadasında (Quryev vilayәtinin Manqıstaus
rayonu) doğulmuş Murın Senqirbayev (1860–1952) “40 baha-
dır” epik toplusunun ifasını gәnc yaşlarında akın Kaşaqandan
1942-ci ildә öyrәnmişdi. Akın Kaşaqandan o dövrün digәr mәş-
hur akınları da çox şeylәr öyrәnmişlәr, o cümlәdәn elә hәmin
Nurpeys, Iqılman, Qumar Jusupov (1905-ci ildә anadan olub) vә

251
   246   247   248   249   250   251   252   253   254   255   256