Page 249 - jirmunski
P. 249
Xalq qəhrəmanlıq eposu

riya qarşısına çıxırdı vә öz sәnәt nümunәlәrini ustadın çıxışına
müqәddimә kimi ifa edirdi. Nәhayәt, öz müәlliminin repertuarı-
nın böyük bir hissәsini mәnimsәdikdәn sonra müәllim xalq ara-
sında onu sınağa çәkir: tәlәbә seçilmiş auditoriya qarşısında
bütöv bir dastanı ifa etmәli olur vә yalnız bundan sonra o, baxşı
adını alaraq müstәqil çıxış etmәk hüququ qazanır. Tәlәbәni öz
mәktәbindәn buraxan müәllim, adәtәn, ona yeni xәlәt hәdiyyә
edirdi.

Özbәkistan SSRİ-nin Sәmәrqәnd vilayәtindә söylәyicilәrin
epik sәnәtin ocaqları olan iki mәktәbi var idi. Görkәmli özbәk
epik ifaçısı Fazil Yuldaşev (1873–1953) Bulunqur mәktәbinin
yetirmәsi idi. Sәmәrqәnd vilayәtinin Loyka qışlağından olan ka-
sıb kәndli oğlu Fazil Kirk yarımköçәri özbәk qәbilәsindәn idi. O,
ata-anasını erkәn yaşlarında itirmişdi, on yaşından qonşu bәylә-
rin tәsәrrüfatında çoban vә muzdur işlәyirdi. Yarımköçәri çoban
hәyatı balıqçılıq sәnәtinin Rusiyanın şimalında yaşayan dastan
ifaçılarına tәsir etdiyi kimi, bir çox özbәk söylәyicilәrinin poetik
qabiliyyәtinin inkişafına da tәsir etmişdi. Fazil dastan ifaçılığını
öz kәndlisi – mәşhur söylәyici vә ustad el şairi Yuldaşdan öyrәn-
mişdi. XIX әsrin ikinci yarısında Fazilin yaşadığı qışlaqda söylә-
yici Yuldaş qardaşları, Kuldaş vә Suyar adlı daha üç mәşhur
söylәyici vardı. El şairi Yuldaşın mәktәbindәn on tәlәbә çıxmış-
dı, Fazil onların adını yadında saxlamışdı. Şair Yuldaşın özü da-
ha böyük söylәyici, öz ustalığına görә xalq arasında “bülbül” lә-
qәbini almış Yuldaşdan dәrs almışdı. Bülbül Yuldaş da öz növbә-
sindә XVII әsrin ikinci yarısında yaşamış el şairi Mәhәmmәdin
tәlәbәsi olmuşdu.

Digәr böyük özbәk söylәyicisi Erqaş Cumanbülbüloğlu
(1870–1938) Sәmәrqәnd vilayәti, Nurәddin rayonu, Kurqan qış-
lağının mәktәbindәn çıxmışdı. Cәmi yeddi patriarxal “böyük ai-
lә”dәn ibarәt balaca Kurqan qışlağında XIX әsrin ortalarında 20-
dәn çox söylәyici kişi vә qadınlar vardı. Onların adı bizә Erqaşın
vә onun yaşlı hәmkәndlilәrinin hekayәtlәrindәn gәlib çatmışdır.
Erqaşın özü, avtobioqrafik “Kunlarim”35 (“Günlәrim”) nәğmә-
sindә dediyi kimi, “yeddinci nәsildәn olan söylәyici idi”. Nәğ-

249
   244   245   246   247   248   249   250   251   252   253   254