Page 247 - jirmunski
P. 247
Xalq qəhrəmanlıq eposu
vә mәtnin axarlılığı (variasiyası) mәrhәlәlәrindәn keçmişdir.32
Qәdim vә populyar epik dastanların, mәsәlәn, Nibelunqlar haq-
qında dastanın böyük sayda yaradıcı versiyasının olması da mәhz
bununla izah olunur. Nәğmәnin vә ya poemanın hәcminin böyük
olması öz-özlüyündә onun yazılı mәnşәyinә işarә kimi qәbul
edilmәmәlidir: Orta Asiya epik poemalarının әksәriyyәtinin son
dәrәcә böyük hәcmdә (özbәklәrin “Alpamış” vә qırğızların “Ma-
nas” dastanları kimi) olması buna dәlalәt edir.
Qәrbdә eposun “kitab nәzәriyyәsi”nin tәsiri altında şifahi
epik yaradıcılığının spesifik xüsusiyyәtlәri, onun variantlılığı ta-
mamilә xarici tәdqiqatçıların nәzәr dairәsindәn çıxır. Mәsәlәn,
alman eposunun әn nüfuzlu tәdqiqatçısı Hoyslerin fikrincә, Rad-
lovun nәzәriyyәsi vә onun müşahidәlәri alman xalqlarının epik
yaradıcılığına şamil edilә bilmәz. O, qeyd edir ki, alman eposu
üçün “improvizasiyanın olmaması vә mәtnin nisbi sabitliyi” sә-
ciyyәvidir. “Bütün bu skoplar vә skaldlar, şpilman vә cәngavәr
xanımları, Hoyslerin fikrincә, özlәrinin vә ya başqalarının öncә-
dәn düşünülmüş, әzbәrlәnmiş nәğmәlәrini ifa edirdilәr”. Alman
eposunda “improvizasiyaya vә onu müşahidә edәn hadisәlәrә
yer qalmır. “Edda” vә ya “Xildebrand vә Xadubrand haqqında
nәğmә” kimi әsәrlәr heç vaxt ani tәbin, ilhamın bәhrәsi olma-
mışdır”.33
Әslindә isә әn fәrqli xalqların eposları (rus bılinaları, cәnubi
slavyan yunak nәğmәlәri, Orta Asiya xalqlarının epik dastanları)
üzәrindә aparılmış müşahidәlәr göstәrir ki, şifahi poetik yaradı-
cılıqda improvizә vә yeni variant yaratma aktları hәmişә olmuş-
dur vә bu, “ani tәbin, ilhamın bәhrәsi” deyil. Bu, daha çox süje-
tin vә poetik üslubun müәyyәn әnәnәsi çәrçivәsindә baş verir.
Digәr germanşünas, professor T.Frinqs haqlı olaraq qeyd edir ki,
“rus qәhrәmanlıq nәğmәlәri bizә şpilmanların, ümumiyyәtlә, hәr
biri ifaçının hansı dәyişikliklәri edә bilәcәyini vә ya etdiyini
göstәrir (Vortrag)”.34 Hoyslerin fikirlәşdiyi kimi, fәrdi yaradıcı-
lıq vә kollektiv şifahi әnәnә bir-birinә zidd deyil vә dialektik
vәhdәt tәşkil edir. Fazil Yuldaşevin “Alpamış”ı vә ya Erqaş Cu-
manbülbüloğlunun “Rövşәn”i estetik baxımdan orta әsrlәr Qәrbi
247