Page 242 - jirmunski
P. 242
tor Jirmunski

Bahadır nağıl nәhәnglәri ilә döyüşür, әjdahaya, su ilanına (abji-
lan), dәmir caynaqlı hiylәgәr meşә divlәrinә (jestırnaklara) qalib
gәlir vә nәhayәt, sehrli ölkәnin hüdudlarına çatır. Cambulun ya-
radıcı variantının işlәnmәsindә әzab-әziyyәt çәkәn xalqın ço-
xәsrlik arzusunun tәcәssümü kimi onlar öz qarşılarında Sovet
Qazaxıstanını görürlәr.

Özbәk söylәyicilәri әnәnәvi olaraq ifaçının adını da sәslәndi-
rirlәr ki, bu da onlarda müәllif özünüdәrkinin daha yüksәk sәviy-
yәsindәn xәbәr verir: “Bu dastanı şair Fazil söylәdi”. Fazil “Al-
pamış”ın sonunda öz sәnәti vә kasıb güzәranından geniş söhbәt
açır: “Şair Fazil bildiyini deyir, bu sözlәrdәn yalanı da var, ger-
çәyi dә. Qoy bu günümüz xoş keçsin! Sizlәrә bunu demәk istәyi-
rәm. Sәn: “Ey!” çağır, xoş sözlәr eşidәcәksәn әvәzindә. Özünüz
bilirsiniz, şair kasıb olur. Hekayә burada bitdi”. Öz sәnәtinin
gözәl bilicisi ifaçı Erqaş Cumanbülbüloğlunun “Dalli” xalq ro-
manına verdiyi sonluq da fәrdi xarakter daşıyır: bu, öz sәnәtinin
prinsiplәrindәn söz açan sәnәtkarın yaradıcı etirafıdır. “Söz qiy-
mәtli daşdır. Sözdәn sözә fәrq qoymayan boş insandır. Qәdim
zamanlarda böyük şairlәr yaşayırdı. Bizim üçün onlar yol açdı-
lar. Ancaq bu adamlardan dastan haqqında soruşsan, sәnә onun
yalnız dörddә birini söylәyә bilәcәklәr. Axı özü bilmirsә, sәnә nә
danışacaq?”.

Belәliklә, biz anonim folklor әnәnәsindәn ayrılan fәrdi müәl-
liflik anlamının sәrhәdlәrinә yaxınlaşırıq. Bütün Orta Asiyada,
bәzәn isә Yaxın Şәrqdә geniş yayılmış xalq romanlarının türkmәn
variantları әlyazmalarda qeydә alınmış aşağıdakı “müәlliflәr”in
adlarını daşıyır: Mәğrubi (“Yusif vә Әhmәd”), Molla Nәpәs
(“Tahir vә Zöhrә”), Şabәndә (“Sayat vә Xәmra”) vә s. Bunlar
XVIII әsr vә XIX әsrin әvvәllәrinin şairlәridir, onlar türkmәn ya-
zılı әdәbiyyatının ilk nümayәndәlәridir vә hәlә folklor sәciyyәli
әsәrlәr yazırlar. Onların adları daha qәdim Orta Asiya xalq ro-
manlarının müәlliflәri kimi, әslindә, yazılı әnәnәnin yaranması
ilә xalq yaradıcılığı әsәrlәrinin klassik variantlarının müәllifliyi
demәkdir.

İmprovizasiya sәnәti indiyәdәk qazax vә qırğızların, әsasәn
dә qazaxların (qazax “aytısları”, qırğız “aytısları”) mәişәtindә

242
   237   238   239   240   241   242   243   244   245   246   247