Page 239 - jirmunski
P. 239
Xalq qəhrəmanlıq eposu

ikinci dәfә eyni tәrzdә iki dәfә oxunmur. Ancaq bu, o demәk de-
yil ki, improvizasiya bütövlükdә yeni yaradıcılıq hadisәsidir. Pia-
noçu-improvizator kimi o da hazır elementlәrdәn istifadә edir,
onları öz hekayәtindә birlәşdirir. Radlov “mәlum hal vә hadisә-
lәrin tәsviri”ni belә elementlәr sırasına aid edir, o cümlәdәn:
qәhrәmanın anadan olması, onun böyümәsi, silahının tәrifi,
döyüşә hazırlıq, döyüş sәs-küyü, bahadırların döyüşqabağı söhbә-
ti, insanların vә atların tәsviri, mәşhur qәhrәmanların xarakterik
cizgilәri, nişanlının gözәlliyinin tәrifi, yurdun, alaçığın, ziyafәtin
tәsviri, ziyafәtә dәvәt, qәhrәmanın ölümü, ölәnlәri ağlamaq, tә-
biәt mәnzәrәlәri, gecәnin düşmәsi vә ya sәhәrin açılması vә s.
“İfaçının mәharәti ondadır ki, şәraitdәn asılı olaraq mәnzәrәnin
artıq hazır hissәlәrini bir bütöv әtrafında birlәşdirә bilsin. Tәcrübәli
ifaçı tәsvirin tәqdim olunan hissәlәrini müxtәlif tәrzdә ifa etmә-
yә qadirdir. Eyni mәnzәrәni o, bir neçә ştrixlә, bir qәdәr әtraflı
vә nәhayәt, incәliklәrinә qәdәr müfәssәl tәsvir etmәyә qadirdir.
İfaçının ehtiyatında belә mәqamlar nә qәdәr çox olsa, onun ifası
bir o qәdәr dә müxtәlif olar vә dinlәyici yeknәsәqlikdәn yorul-
maz. Bacarıqlı söylәyici dayanmadan bir gün, bir hәftә, bir ay ifa
edә bilәr”.15

Radlovun müşahidәlәri, әlbәttә ki, bәzi dәqiqlәşdirmәlәr tә-
lәb edir.

Mәlumdur ki, özbәk söylәyicisi (baxşı) öz dastanının mәtni-
ni auditoriyanın tәlәblәrinә vә zövqinә uyğun olaraq variasiya
edir: o, öz mәtnini qısalda vә ya uzada bilir, ayrı-ayrı epizodlar
әlavә edir; o, eyni dastanı әvvәllәr әmirin vә ya bәyin sarayında,
yaxud sadә qışlaq sakinlәrinin qarşısında ifa etdiyi kimi, qocalar
vә ya cavanlar qarşısında müxtәlif formada da dәyişә bilir. İfaçı-
nın eyni süjeti tәkrar ifa etmәsi üzәrindә aparılan müşahidәlәr
mәtnin axarlılığını vә bunlar arasındakı mühüm fәrqlәri üzә çı-
xarır, eyni mәzmunun müxtәlif cür işlәnmәsi tәәssüratı yaradır.
İfaçı әzbәrlәnmiş mәtni ifa etmir, o, müәyyәn ssenariyә uyğun
olaraq әn azından qismәn improvizasiya edir ki, burada da epi-
zodların vә situasiyaların ardıcıllığından başqa, öncә ümumi әnә-
nәvi mәqamlar (atın yәhәrlәnmәsi, bahadırın at çapması, döyüşlә-
rin tәsviri vә s.) sabit olaraq qalır. Әlbәttә, belә improvizasiya

239
   234   235   236   237   238   239   240   241   242   243   244