Page 235 - jirmunski
P. 235
Xalq qəhrəmanlıq eposu
IV
ORTA ASİYA EL SӘNӘTKARLARI
1
Canlı epik yaradıcılığın öyrәnilmәsi istәr Qәrbdә, istәrsә dә
Şәrqdә bizә yalnız yazılı abidәlәrdә, yazıya alınmış әdәbi mәtn-
lәrdә vә işlәnmiş yeni variantlarda gәlib çatmış antik dövrün vә
orta әsrlәr klassik eposunun dәrki üçün açar rolunu oynayır. Yu-
xarıda qeyd etdiyimiz bu müddәa eposun yaranması vә ifası şә-
raiti – el sәnәtkarlarının yaradıcılığı problemiylә bağlı xüsusi
әhәmiyyәt kәsb edir.
Bu problemlәrlә bağlı erkәn vәfat etmiş Amerika alimi Mil-
men Perrinin әsәrlәri geniş maraq doğurur.1 Tәlәbәsi vә davam-
çısı, professor A.B.Lord onun arxiv materialları әsasında әsәrlә-
rini nәşr etdirir. Homer yaradıcılığının mütәxәssisi olan Perri
serb-xorvat yunak nәğmәlәrini yazıya alaraq onlarda şifahi üslu-
bun (oral style) sәciyyәvi xüsusiyyәtlәrini tәyin etmәyә çalışmış-
dır. O, “İliada”nın sabit epitet vә epik tәkrarlarında da bu özәllik-
lәri aşkarlamağa sәy göstәrirdi. Tәdqiqatçı cәnubi slavyanların
şifahi poeziyasında “bütün şifahi poeziyaya aid edilә bilәcәk әla-
mәtlәr tapmağa” çalışırdı. “Müasir poetik tәcrübәnin öyrәnilmә-
si bu tәcrübә üzәrindә müşahidә yolu ilә yoxlanıla bilәcәk” ümu-
mi fәrziyyәnin irәli sürülmәsinә imkan yaradır.2
Perri öz sәlәflәri vә müәllimlәri olan slavyanşünaslar M.Mur-
ko vә H.Hezemana istinad edir. İlk dәfә onlar cәnubi slavyan
epik poeziyasının sonrakı taleyinin sistematik öyrәnilmәsi mәsә-
lәsini gündәmә gәtirmişdilәr.3 Bu baxımdan geniş ikicildlik ma-
teriallar vә tәdqiqat işlәri toplusunu xüsusi qeyd etmәk lazımdır.
Sloveniyada anadan olan professor Murko burada cәnubi slav-
yan söylәyicilәrinin repertuarının öyrәnilmәsi ilә bağlı özünün
uzunmüddәtli fәaliyyәtinә bir növ yekun vurur.4 Perri akademik
V.V.Radlovun әsәrlәrindәn danışır, onun “Manas”ın qırğız söylә-
yicilәrinin şifahi yaradıcılığına hәsr etdiyi klassik müşahidәlәri-
235