Page 231 - jirmunski
P. 231
Xalq qəhrəmanlıq eposu

sәlәn, uzaq ölkәdә yaşayan sevgilisinin dalınca evlәnmә sәfәrinә
çıxma vә ya beynәlxalq sәciyyәli “әr öz arvadının toyunda”
süjetlәri. Epos zәngin әnәnәvi motivlәr ehtiyatından çox geniş
istifadә edir. Bunlardan bir çoxu beynәlxalq motivdir vә çox ge-
niş yayılmışdır, ancaq xalq tәfәkkürünün inkişaf dәrәcәsinә uy-
ğun olaraq hәr dәfә yenidәn işlәnmәyә mәruz qalır; müq. et: qәh-
rәmanın sehrli doğuluşu (Orta Asiya eposunda övladsız vali-
deynlәrin duaları ilә), atın әldә edilmәsi, döyüş yoldaşlığının ya-
ranması (öncә tәkbәtәk döyüş, sonra qardaşlaşma – mәsәlәn,
Manas vә Almambet arasında baş verәn hadisәlәr kimi), bahadır
atının qәhrәmanı xilas etmәsi vә s. Baş qәhrәman obrazından sa-
vayı, qәhrәman qızın obrazı da tipik sәciyyә daşıyır. Bu obraz
qadın gözәlliyi vә sәdaqәti, eposun inkişafının daha arxaik mәr-
hәlәsindә isә qadın rәşadәti vә mәrdliyi (döyüşkәn qız) ilә bağlı
xalq idealına uyğundur. Qәhrәmanın qorxunc vә әcaib nәhәng
düşmәnlәri dә öz qrotesk-komik cizgilәriylә tipik obrazlardır.
Nәhayәt, süjet vә motivlәrin sabitliyi qaçılmaz olaraq bu vә ya
digәr şәkildә sabit süjet situasiyasına gәtirib çıxarır. Buraya
kütlәvi döyüşdәn öncә gәlәn vә әnәnәvi qәbilә-tayfa mәsәlәlәri,
mübaliğәli hәrbә-zorba vә digәr (mәsәlәn, ilk zәrbәni böyük vu-
rur) mәlum rituallarla müşayiәt olunan bahadırlar arasında tәk-
bәtәk döyüş sәhnәlәri daxildir.

Bu nöqteyi-nәzәrdәn Orta Asiya eposu, elәcә dә rus vә mon-
qol dastanları üçün atın yәhәrlәnmәsi, atın gözәlliyinin tәsviri,
bahadır yarışları, döyüşöncәsi hәrbә-zorba, döyüş mәnzәrәlәri,
poemanın tipik başlanğıcı vә sonluğu kimi epik klişelәr vә ya
şablonlar xüsusilә sәciyyәvidir.

Epos stilistikasında sabit “bәzәk” epitetlәri vә müqayisәlәri
qeyd etmәk olar ki, bunlardan da türk xalqlarının eposu üçün la-
konik müqayisәlәr sifәt formasında olan tәyinlәrdәn daha tipik-
dir. Bu da hәmin xalqların dilindә sifәt qrammatik kateqoriyası-
nın zәif inkişaf etmәsi ilә izah olunur. Qәhrәman şir, pәlәng, bә-
bir, yumşaqtәbiәtli şunqar, qәzәbindәn ağzı köpüklәnәn mәğrur
erkәk dәvә, әjdaha (ajdar) vә s. ilә; bahadır qız isә vәhşi ördәk
(suksur), madyan vә ya dişi dәvә ilә müqayisә edilir.

231
   226   227   228   229   230   231   232   233   234   235   236