Page 228 - jirmunski
P. 228
tor Jirmunski
bir çox maneәlәrdәn sonra öz mәqsәdinә çatır (“Şirin vә Şәkәr”,
“Rüstәm xan” silsilәsi vә s.). Türkmәnistan, Anadolu vә Azәr-
baycanda geniş yayılmış xalq romanının Yaxın Şәrq tipli macә-
ra-novella vә mәişәt süjetlәri üstünlük tәşkil edir ki, bunlarda da
nağıl fantastikası qәhrәmanın dәrin lirik mәhәbbәt ehtirasları
qarşısında arxa plana keçir (“Tahir vә Zöhrә”, “Aşıq Qәrib”,
“Әsli vә Kәrәm” vә s.).
Bu xalq romanlarının әksәriyyәtinin başlıca formal xüsusiy-
yәti qәhrәmanın dilindәn sәslәnәn lirik nәğmәlәrlә tәsvir olun-
muş tәhkiyәnin әsas planı kimi nәsrin inkişafıdır.
Bu janrın, xüsusilә onun ikinci tipinin inkişafında, yazılı әdә-
biyyat qismәn sonradan işlәnmiş xalq variantlarında olsa da, or-
ta әsr mәhәbbәt romanlarının әdәbi nümunәlәri (“Leyli vә Mәc-
nun”, “Fәrhad vә Şirin”, “Yusif vә Züleyxa”) mühüm rol oyna-
mışdır. Xalq romanının xeyli hissәsi bilavasitә kitab mәnşәlidir
(“Seypul-Mәlik”, “Hәmra”, “Gül vә Sәnubәr”) vә ya әdәbi işlәn-
mәyә tez mәruz qalmışdır (“Tahir vә Zöhrә”). Xususilә XIX әs-
rdә xalq romanları әlyazma, sonra isә litoqraf xalq kitabları (qis-
sәlәr) formasında geniş yayılmışdır. Yazılı әdәbiyyatla şifahi
xalq yaradıcılığının qarşılıqlı әlaqәsi bu sahәdә xüsusi tәdqiqat
işlәrinin aparılmasını tәlәb edir. Elә indinin özündә dә aydındır
ki, nisbәtәn müasir vә qәdim yazılı mәnbәlәrin tәsiri bu folklor
janrında xalq epik yaradıcılığının orijinal әnәnәlәriylә çulğaş-
mışdır. Peşәkar el sәnәtkarları tәrәfindәn mәnbәlәrin müstәqil
yaradıcı şәkildә işlәnmәsinin sübutu kimi bir çox mәşhur xalq
romanlarının orijinal milli versiyalarının olduğunu göstәrmәk
olar (“Aşıq Qәrib”, “Әsli vә Kәrәm”, “Hәmra” vә s.).
Xalq yaradıcılığının inkişafının bu mәrhәlәsindә özbәk vә
türkmәn eposundan fәrqli olaraq qazax eposunda tamamilә müstә-
qil vә epik hekayәnin ailә-mәişәt xarakterli, daha çox mәhәbbәt
mәzmunlu, daha realist janrı meydana gәlir (“Kozı-Korpeş vә
Bayan-Slu”, “Kız-Jibek” vә b.). Buraya kiçik epos adlandırılan
bir sıra qırğız epik povestlәrini dә әlavә etmәk lazımdır (“Olci-
bay vә Kişimcan” vә s.).
Orta Asiya xalqlarının qәhrәmanlıq eposunun inkişafının son
pillәsi kimi XVI әsrin sonundan ta XVIII әsrin sonlarına qәdәr
228