Page 225 - jirmunski
P. 225
Xalq qəhrəmanlıq eposu

belә folklor, qismәn dә epik qaynaqlardan geniş istifadә etmişdir.
Әrәb tarixçisi İbn-Әrәbşah (1388–1450) özünün “Teymurun hә-
yat yolunun möcüzәlәri” kitabında Teymur dövrü haqqında tari-
xi mәlumatlarla yanaşı, bu vә ya digәr dәrәcәdә әfsanәvi xarak-
terli mәlumatlardan da çox geniş istifadә etmişdir. O, Dәmәşqdә
doğulmuş, on iki yaşında Teymura әsir düşәrәk Sәmәrqәndә apa-
rılmış, 1400-cü ildәn 1411-ci ilәdәk Orta Asiya vә Qızıl Ordada
yaşamışdır. Bu, Vitovt döyüşündәn qalib çıxaraq Toxtamışı mәğ-
lub edәndәn sonra Orda üzәrindә tam hakimiyyәtә yiyәlәnmiş
Edigeyin şöhrәtinin әn yüksәk zirvәyә çatdığı dövrlәrә tәsadüf
edirdi. Görünür, artıq hәmin vaxtlarda Edigeyin yüksәlişi vә
onun Toxtamışla mübarizәsi (1389–1399) әtrafında baş verәn
hadisәlәrlә bağlı poetik әfsanә qoşulurdu vә İbn-Әrәbşah da on-
ları elә ilk mәrhәlәdә qeydә almışdı. İbn-Әrәbşah Edigeyi Toxta-
mışın günahsız yerә şәrlәnmiş sadiq әyanı kimi tәsvir edir. Edi-
geyin ziyafәt zamanı Toxtamışın qәrargahından qaçması, onların
on altı dәfә qarşı-qarşıya gәlmәsi, qovulmuş Edigeyin gecә vaxtı
öz hökmdarına qәfil hücumu vә hökmdarın öldürülmәsi haqqın-
da hekayәt artıq yaranmaqda olan poetik әfsanә xüsusiyyәtlәrinә
malik idi vә bir sıra tәfsilatları ilә gәlәcәk eposu xatırladır.78

Digәr tәrәfdәn, epos ayrı-ayrı hallarda qonşu xalqın bu hadi-
sәlәrdә birbaşa marağı olmayan salnamәçi vә tarixçilәrinin xal-
qın daxili güzәranı haqqında susduğu belә faktları saxlaya bilәr-
di. Yazısı olmayan xalq üçün eposun әhәmiyyәti (tarixi mәnbә
kimi) daha böyükdür, çünki keçmişin tarixi hadisәlәri haqqında
xalq yaddaşı ancaq eposda әks olunur. Mәsәlәn, rus, fars vә әrәb
tarixi mәnbәlәrindә Edigeyin oğlu Nurәddin haqqında heç bir
mәlumata rast gәlinmir. Ancaq eposa görә, Nurәddin Toxtamışa
qarşı yürüşün әsas iştirakçılarından vә onun qatillәrindәn biridir.
Bu arada noqay knyazlarının şәcәrәsi ilә bağlı rus mәnbәlәrindә
Nurәddinin olduğu tәsdiqlәnir. Onun Toxtamışla mübarizәsini
tarixi fakt kimi qәbul etmәyә tam әsasımız var. Eposa әsasәn,
Edigey mәğlub olmuş düşmәninin qızlarını da әlә keçirir vә on-
larla evlәnir – bu da orta әsr Şәrqindә belә hәrbi qәnimәtin adi
nümunәsidir. Tarixi mәnbәlәr dolayısı ilә epik süjetin bu detalını

225
   220   221   222   223   224   225   226   227   228   229   230