Page 220 - jirmunski
P. 220
tor Jirmunski
Tarixi mәnbәlәrdә Edigeyin atası, әmir Baltıçak Toxtamış-
dan әvvәl hakimiyyәtdә olmuş Teymur-Mәlikә xidmәt edir (son-
ralar Edigeyin özünün xidmәt etdiyi Teymur-Kutlukun oğlu). Öz
hökmdarının ölümündәn sonra Baltıçak sadiq vassal kimi, onun
düşmәni vә qalibi Toxtamış tәrәfindәn qәtlә yetirilir.66 Epos qәh-
rәmanlar arasındakı bu şәxsi münasibәtlәrin ümumi xarakterini
saxlamış, ancaq bu münasibәtlәri әnәnәvi süjet sxemlәri çәrçivә-
sinә salmışdır.
Epik qәhrәmanın әcdadları haqqında hekayәt dә әfsanәvi xa-
rakter daşıyır. dastanın qazax versiyasına görә, Edigeyin şәcәrә-
si müsәlman xalq arasında müqәddәs sayılan Baba-Tuklas vә zә-
rif qu-qızdan başlayır. Bu müqәddәs insan, eposun nәql etdiyi ki-
mi, bulaq başında dәstәmaz alanda üç qu quşu görür, onlar libas-
larını soyunub gözәl qadına çevrilir, çimmәyә başlayırlar. Müqәd-
dәs onlardan kiçiyinin libasını oğurlayır vә hәmin qadın onun ar-
vadı olmağa razılıq verir. Ancaq onun qarşısında belә bir şәrt qo-
yur: qadın saçını darayanda müqәddәs onun başına, köynәyini
çıxaranda qoltuğunun altına vә ayaqqabısını çıxaranda onun
ayaqlarına baxmayacaq. Müәyyәn müddәtdәn sonra Tuklas bu
yasağı pozur. O görür ki, gözәl arvadının kәllәsi şәffafdır, qoltu-
ğunun altından ciyәrlәri görünür, ayaqları isә quş ayaqlarıdır.67
Sirrinin açıldığını görәn qadın әrini tәrk edir, ancaq uçub gedәn-
dә ona deyir ki, bәtnindә körpә var vә o, körpәnin dalınca müәy-
yәn olunmuş yerә gәlmәlidir. Edigeyin soy-kökü bu körpәdәn
başlayır.
Libası oğurlandıqdan sonra onun geyimini oğurlamış insanın
sevgilisinә çevrilәn qu-qız haqqında dastan bir çox xalqların
folklorunda68 geniş yayılmışdır vә mәnşәyinә görә totemizmlә,
yәni ibtidai insanın soyunu heyvanla, ilahi әcdadla, totemlә әla-
qәlәndirәn tәsәvvürlәrlә bağlıdır.69
Tarixi Edigey Orta Asiyaya monqolların hücumu zamanı
gәlmiş manqitlәr tayfasındandır. Potanin Şimal-Qәrbi Monqo-
lustanda öz soyunu qu-qızdan götürәn balaqan vә alar buryatları-
nın totem әcdadları haqqında dastan qeydә almışdır. Bu dastan
Edigeyin әcdadları haqqında dastana oxşayır vә ehtimal ki, bu
oxşarlıq tәsadüfi xarakter daşımır.70
220