Page 221 - jirmunski
P. 221
Xalq qəhrəmanlıq eposu
Potanin yazır: “Balanqinlәrdә xanqin soyu var; xanqinlәr qu
quşunu öz әcdadları hesab edirlәr; onlar nağıl edirlәr ki, üç qu
quşu uçub gölә gәlir, libaslarını çıxarıb gözәl qızlara çevrilirlәr.
Qızlar çimmәk üçün suya girәndә xanqinlәrin ulu babası libas-
lardan birini oğurlayır; iki qız qu quşuna dönәrәk uçub gedirlәr,
biri isә qalır vә libası oğurlayanın arvadı olur. Xanqinlәr qu qu-
şunu (yәni özlәrinin heyvani әcdadını) öldürmәyi әn böyük günah
hesab edirlәr”.
Potanin buryat boyları xaryat vә şiryatların mәnşәyi haqqın-
da da oxşar dastanın olduğunu qeyd edir. Onlar da “qu quşunu öz
әcdadları sayır, ona sitayiş edir, bu quşa qurban kәsir, onu
öldürmürlәr”. Burada dastan qәhrәmanı, qu-qızın libasını oğur-
layan rolunda buryat şamanı (bö) çıxış edir. Әlә keçirilmiş gözәl
öz libasını üç ildәn sonra tapır vә sevgilisini tәrk edib gedir. On-
dan bir oğul, bir qız qalır. Sözügedәn buryat soyunun әsasını da
bu oğlanla qız qoyur.
Çox güman ki, Edigeyin әcdadları haqqında dastan da tarixi
Edigeyin mәxsus olduğu “ağ manqıtlar” soyunun mәnşәyinә dair
totemik mifdir. Soyun totemik әcdadının, qu-qızın әrinin xalq
arasında mәşhur müqәddәs mömin şәxs sayılan Baba Tuklasla
әvәz olunması dastanın sonrakı müsәlman versiyasıdır. Bu obraz
qazax eposu vә folkloruna çox yaxşı tanışdır vә görünür, islama-
qәdәrki şamanizm tәsәvvürlәrinә dayanır.
“Tulumbәy” (qәhrәmanın atasının adından götürülüb) poe-
masının özbәk versiyası mәnşәcә tarixi olan eposun xalq nağılı-
na doğru inkişafının (sәrgüzәşt tipli) sonuncu mәrhәlәsidir. Bu-
rada Orta Asiya xalqları üçün artıq aktuallığını itirmiş tarixi
münasibәtlәr tamam unudulmuşdur. Xain әyanların iftirası ilә
Toxtamış başqalarından üstün tutduğu gәnc qәhrәmanı “gedәr-
gәlmәz” nağıl ölkәsinә (barsa kelmes), kalmık şahının yanına,
uzun müddәt ödәnilmәyәn xәracları yığmaq üçün göndәrir. Qәh-
rәman ağ vә qara divlәrlә mübarizә aparır, şahın ordusuna vә
onun “aritilleriyası”na qalib gәlir, qızını özü ilә aparır. Bundan
sonra Toxtamış könüllü olaraq taxtı ona verir.
Edigey haqqında epik dastan XV–XVI әsrlәrdә onun mәşhur
әcdadlarının şöhrәtlәnmәsindә maraqlı olan nәslinin knyazlıq et-
221