Page 226 - jirmunski
P. 226
tor Jirmunski
da tәsdiqlәyir: fars tarixçisi Әbdur-Rәzzaq Sәmәrqәndinin mәlu-
matına görә, Toxtamışın oğlu Cәlalәddin, Qızıl Orda hakimiyyә-
tini qaytardıqdan sonra sülh müqavilәsinin bir şәrti olaraq qoca
Edigeydәn “oğlu Sultan Mahmudu vә Cәlalәddinin bacısı”nı
(yәni Toxtamışın qızını) ona göndәrmәyi tәlәb etmişdi.79
Nurәddinlә atasının toqquşması haqqında epik rәvayәtin dә
tarixi әsası vardır. Baxmayaraq ki, tarixi mәnbәlәr bu toqquşma-
nı Nurәddinin hәdsiz dәrәcәdә taxt-tac düşkünü, epos isә romantik
sәbәblә gözәl kölә qız – Toxtamışın qızından ötrü düşәn mübahi-
sә ilә izah edir.
Belә düşünmәk olar ki, “Koblandı-batır”, “Şora-batır”, “Әr-
Tarqın” vә s. bu tipli qazax bahadırlıq nәğmәlәri hәm dә gerçәk
tarixi materiallarla zәngindir, lakin әlimizdә sәnәdli tarixi qay-
naqlar olmadığına görә onları yoxlamaq çәtindir.
Orta Asiyanın, xüsusilә Daşkәndin zәngin Әlyazmalar Fon-
dunda bu qәbildәn olan yeni, hәlә nәşr edilmәmiş mәnbәlәrin
açılması bir sıra hallarda bu mәsәlәyә aydınlıq gәtirә bilәrdi.
6
Orta Asiya xalqlarının epik yaradıcılığı eposun inkişafının
ardıcıl mәrhәlәlәrinin әyani tәsviridir: burada hәm qәdim baha-
dırlıq nağılı, hәm feodal dövrünün qәhrәmanlıq eposu, hәm dә
inkişaf etmiş feodal dövrünün sonrakı roman tipli eposu (xalq
romanı) tәmsil olunmuşdur.
Nağıl-mif fantastikasının elementlәri ilә göstәrilmiş süjeti
patriarxal cәmiyyәtin qәbilә vә ailә münasibәtlәri ilә mәhdudla-
şan bahadırlıq nağılı qazax vә qırğız folklorunun çoxsaylı nümu-
nәlәrindәn mәlumdur; tarixi mәnşәyinә, ideya vә bәdii mәzmu-
nuna, motiv vә obrazlar әnәnәsinә, elәcә dә poetik üslubuna görә
bu әsәrlәr mahiyyәtcә Cәnubi Sibir vә Mәrkәzi Asiya türk vә
monqol xalqlarının daha arxaik bahadırlıq nağılları ilә bağlıdır.
“Alpamış” eposun inkişafının ilkin mәrhәlәsinә aid bahadır-
lıq (qәhrәmanlıq) eposu nümunәsidir. Bu epos mәnşәcә qәbilә
xarakterlidir vә süjetinә görә Altay bahadırlıq nağılı ilә bağlıdır.
Görünür, qırğızların ilk vәtәni olan Yenisey çayının yuxarı
әtrafında yaranmış “Manas” dastanı da özünün ilkin çağlarında
226