Page 227 - jirmunski
P. 227
Xalq qəhrəmanlıq eposu

bahadırlıq nağılının elementlәrini cәmlәşdirirdi, lakin çoxәsrlik
inkişaf prosesindә, müxtәlif qәbilә tipli dastanların birlәşdiril-
mәsi vә dövrlәşdirilmәsi nәticәsindә bu böyük epos, onun ilk
tәdqiqatçısı Vәlixanovun sözlәri ilә desәk, “vahid zaman müstә-
visinә gәtirilmiş vә bir şәxsin – bahadır Manasın әtrafında qrup-
laşdırılan bütün qırğız әsatirlәri, nağılları vә rәvayәtlәrinin en-
siklopedik toplusu”na81 çevrilmişdir. Bu eposnın tarixi vә milli
mәzmunu, әsasәn, XV–XVII әsrlәrdә qırğızların kalmıklara qar-
şı müstәqillik uğrunda mübarizәsi zamanı müәyyәnlәşmişdir.

Nisbәtәn sonradan yaranmış (XIV–XVI әsrlәr) qazax baha-
dırlıq eposu feodal dövrünün tarixi rәvayәtlәrindәn ibarәtdir.
Qәhrәmanlıq eposunun tarixilik dәrәcәsi dә bununla ölçülür. Ta-
rixilik isә inkişafın müxtәlif mәrhәlәlәrindә heç dә eyni olmur
(tarixçilik mәktәbinin nәzәriyyәlәrinә rәğmәn). Feodal dövrünün
eposu, “Alpamış” tipli qәdim qәbilә eposundan daha tarixidir.
Qazax-noqay silsilәsindәn olan epik dastanların nümunәsindә
gördüyümüz kimi, epik ideallaşdırılmaya baxmayaraq, epos real
tarixi hadisәlәr vә keçmişin şәxsiyyәtlәri haqqında yaddaşı qoru-
yub saxlamışdır. Yalnız ayrı-ayrı folklor motivlәri, xalq tәsәvvür-
lәrinin vә üslubunun ifadәsi kimi, bu ideallaşdırmanın sәciyyәvi
xüsusiyyәtlәri kimi qalmışdır.

Aşiqanә-qәhrәmanlıq, sonra isә sırf mәhәbbәt mәzmunlu
epos feodal dövrünün sonrakı mәhsuludur. Bu epos tәdricәn ba-
hadırlıq eposunu sıxışdıraraq onu әvәz edir. Әn azından Azәr-
baycan vә Türkmәnistanda, qismәn dә Özbәkistanda hadisәlәr
mәhz bu yöndә inkişaf etmişdir. Burada bahadır oğlanla bahadır
qız arasındakı ilahi sevgidәn, çox vaxt möcüzәli yuxunun tәsi-
riylә yaranan qiyabi mәhәbbәtdәn, uzaq vә әlçatmaz gözәlin ax-
tarışı zamanı qәhrәmanın düçar oldığı mәşәqqәtlәrdәn söhbәt
açılır. Sehrli nağıl motivlәri xәzinәsindәn geniş istifadә edәn
özbәk sevgi tipli eposunda qәhrәmanlıq-macәra vә nağıl-fantas-
tika süjetlәri üstünlük tәşkil edir. Qәhrәman gözәl pәrinin evinә
aparan yolu mühafizә edәn әjdahalarla vә çoxbaşlı divlәrlә sava-
şa girir, hiylәgәr qoca sehrbazlarla (mәstan-kәmpir) rastlaşır, ye-
rin altına enir, mağaralara girir, tilsimlәnmiş bağçalara düşür vә

227
   222   223   224   225   226   227   228   229   230   231   232