Page 224 - jirmunski
P. 224
tor Jirmunski

da yazılmışdır.77 Ümumi mәzmununa görә onlar qazax dastanla-
rı ilә uyğundur, ancaq bir sıra detallarda, xüsusilә dә genealoji
detallarda tarixә daha yaxındır: belә ki, burada Musa xan Okasın
oğlu vә onun atası Nurәddinin nәvәsidir; İsmayılın böyük qar-
daşlarından Mamayla yanaşı, Yusupun da adı çәkilir; Orak (Urak)
burada İsmayılın qardaşı yox, onun qardaşı Alçaqirin oğludur.
Genealoji rәvayәtlәrin davamlılığı tamamilә anlaşılır, çünki no-
qaylar arasında özlәrini Noqay ordasının murzasının nәsli hesab
edәn qәbilәlәr vә ailәlәr vardı. Lakin burada da Urak vә Mamay
haqqında dastanın әsas hadisәsi kimi Urakın Yusufla tarixi toq-
quşması yox, İsmayılın tәhriki ilә Urakın öldürülmәsi durur.
Görünür, dastan noqayların epik xatirәlәrindә bu şәklә düşmüşdür.

Gәtirilmiş misallardan göründüyü kimi, epik dastanın tarixi
mәnbәlәrinin öyrәnilmәsi üçün öncә tarixi sәnәdlәrin epik süjet-
lәrinin müqayisәli materialı kimi diqqәtlә nәzәrdәn keçirilmәli-
dir. Orta Asiyanın orta әsrlәr tarixinә dair mәnbәlәri çox rәnga-
rәngdir: fars, әrәb, türk tarixçilәrinin, әrәb vә Avropa sәyahәtçi-
lәri vә cografiyaşünaslarının әsәrlәri, çin, polyak (Dluqoş), rus
salnamәlәri vә s. Qaynaqların müqayisәli qarşılaşdırılması göstә-
rir ki, bunların hәr biri öz coğrafi yanaşma dairәsi vә xüsusi ma-
raqlar çәrçivәsi ilә mәhduddur. Mәsәlәn, fars vә әrәb tarixçilәri
Qızıl Ordada Toxtamış vә Teymurla bağlı baş verәn feodal çәkiş-
mәlәrindәn daha böyük dәqiqliklә söz açırlar. Rus salnamәlәrin-
dә isә Toxtamış vә Edigeyin Moskvaya yürüşü haqqında daha
geniş danışılır. Şәrq qaynaqlarında bu haqda heç bir mәlumata
rast gәlinmir, elәcә dә Vorskl döyüşündәn bu mәnbәlәrdә yalnız
ötәri söz açılır.

Epik mәnbәnin etibarlılıq dәrәcәsi ilә müqayisәdә tarixi mәn-
bәnin etibarlılığı öz-özlüyündә tәnqidi yoxlama tәlәb edir. Orta
әsr salnamәçisi vә tarixçisi tarixi hadisә haqqında yazarkәn rәs-
mi yazılı mәnbәlәrә yox, eşitdiklәrinә istinad etdiyi halda, artıq
gәlәcәk epik dastanın folklor variantının birinci mәrhәlәsini nәql
edir, bir sıra hallarda isә bilavasitә folklor mәnbәsindәn bәhrәlә-
nir. Әbulqazi xan Xivәli özünün “Şәcәreyi-tәrakimә”sindә (1660)
fars tarixçilәrinin әsәrlәri ilә yanaşı, oğuzların qәdim tarixinә dair

224
   219   220   221   222   223   224   225   226   227   228   229