Page 223 - jirmunski
P. 223
Xalq qəhrəmanlıq eposu

Noqay ordasının xarici siyasi münasibәtlәrinin (xüsusilә
Moskva ilә toqquşmaları) epik әnәnәdә әksini tapmaması çox
xarakterikdir. Siyasi mübarizә eposda әsasәn şәxsi vә ailә müna-
sibәtlәri, qәbilә qan düşmәnçiliyi formasında tәsvir olunur. Öz
böyük qardaşlarına әl qaldıran şöhrәtpәrәst İsmayıla mәnfi qiy-
mәt yalnız qәbilә kollektivinin patriarxal әxlaqı nöqteyi-nәzәrin-
dәn verilir. Әmisini bir müddәt taxtdan salmağa nail olmuş Yusi-
fin oğlu Moskva sәfirinә izah edir ki, noqay murzaları Ağ çarın
nökәrlәridir vә onlar İsmayılı çarla dostluğuna görә yox, “arala-
rındakı qan davası”na görә qovublar. “Biz onu onun yalanına
görә qovduq”.74 Әmi vә qardaşoğulları arasında İsmayılın ölümünә-
dәk davam edәn (1563-cü ilin sonu) qanlı daxili çәkişmәlәr vә
1557-ci ilin dәhşәtli aclığı noqay uluslarının hәyatında ağır iz
qoymuşdur. Rus sәfiri Yelizar Maltsev 1557-ci ilin payızında be-
lә mәlumat verirdi: “Hökmdar, noqaylar qırılır, az adam salamat
qalıb”. “Onların torpaqları, hökmdar, dağılıb, bir-birlәrini qarәt
edirlәr”. “İndi, hökmdar, onlarda böyük nizamsızlıqdır, görünmә-
miş soyğunçuluq vә oğurluq baş alıb gedir”. “Hökmdar, noqay-
ların hamısını qırılıb, İsmayılın vә övladlarının әtrafında çox az
adam qalıb, onlar da bir-birinә düşmәn kәsilib, uşaqları İsmayı-
lın sözünә qulaq asmırlar.”75

Bu hadisәlәrin başqa bir şahidi, 1558-ci ilin yayında Hәştәr-
xan vә noqay çöllәrindәn keçib-gedәn ingilis Cenkinson qeyd
edir ki, hәmin ildә noqaylar “daxili çәkişmәlәr üzündәn tamami-
lә mәhv olub, bu müharibәlәr aclıq vә ölümcül xora vә digәr
bәdbәxtliklәrlә müşayiәt olunur, belә ki, bu il onlardan, bu vә ya
digәr şәraitdә 100 000-dәn çox insan hәlak olub: hәlә bu yerlәr-
dә belә xәstәlik olmamışdı, geniş, zәngin otlaqları olan bu yerlәr
indi viran edilmişdir… İsmayıl (Smille) adlı böyük mirzә, noqay
knyazlarının әn böyüyü hamını öldürüb vә qovub, hәtta öz qar-
daşlarına vә oğullarına belә rәhm etmәyib”.76

Bu faciәvi hadisәlәr bu vә ya digәr şәkildә eposda әks olun-
muşdur.

Noqay bahadırları haqqında epik dastanlar da Qara dәniz vә
Xәzәr dәnizi hövzәsindә sәpәlәnmiş noqayların qalıqları arasın-

223
   218   219   220   221   222   223   224   225   226   227   228