Page 218 - jirmunski
P. 218
tor Jirmunski

yın qardaşı yox, әmisi oğlu idi (qardaşı Alçagirin oğlu). Eposda
rast gәlinәn noqay murzalarının bir çox digәr adları da tarixdә
qeydә alınmışdır: mәsәlәn, Mamayın kiçik qardaşı İsmayıl, Janq-
burşi vә onun oğlu Tel-Aqis (rus mәnbәlәrindә Mamayın qardaşı
Yamqurçi vә onun oğlu Aqis).

Eposda Musa xanın 30 oğlundan danışılır, rus tarixi mәnbә-
lәrinә әsasәn isә onlar 28 (6 arvaddan) nәfәr olub.

Tarixi, hәm dә folklor mәnbәlәrinin bolluğu sayәsindә tarixi
hadisәlәrin eposda әks olunmasını Edigey haqqında epik dastan-
lar üzәrindә dә müşahidә etmәk olar.64 Bu dastan bizә yazıya
alınmış çoxsaylı mәtnlәrdә, hәm orijinal, hәm dә tәrcümә forma-
sında (otuza yaxın) qazaxlardan, qaraqalpaqlardan, özbәklәrdәn,
noqaylardan, krım tatarlarından vә Sibirin türk xalqlarından gә-
lib çatmışdır. Dastanın tarixi özәyi XIV sonu – XV әsrin әvvәllә-
rindә Qızıl Ordada baş verәn feodal çәkişmәlәridir: Qızıl Orda
xanı Toxtamışla Orta Asiya hökmdarı Teymurun mübarizәsi. Bu
mübarizәdә Qızıl Orda taxtına iddialı olan şahzadә Teymur-Kut-
lukla birgә Teymurun tәrәfinә keçmiş murza Edigey dә iştirak
edirdi. Toxtamış qovulduqdan sonra (1395) Edigey Ordanın ha-
kimi oldu vә bir müddәt tatar dövlәtinin xarici siyasi nüfuzunu
bәrpa edә bildi. Toxtamış Sibirdә Tümen yaxınlığında ödürüldü
(1406). Edigey hakimiyyәtdәn mәhrum oldu vә Toxtamışın oğ-
lanları qayıtdıqdan sonra sarayı tәrk etmәli idi (1412); o, noqay
ulusuna çәkildi, öz qardaşının oğlanları ilә mübarizәni davam et-
dirdi vә onlardan biri Kadır-Berdı ilә döyüşdә (1420) hәlak oldu.

Edigey hakimiyyәtinin xarici siyasәtinә dair xalq yaddaşında
heç nә qalmayıb (1399-cu ildә Vorskl çayı yaxınlığında Litva
knyazı Vitovt üzәrindә qәlәbә vә 1408–1409-cu illәrdә Moskva
üzәrinә uğursuz yürüş). Eposda bu hadisәlәrin daxili siyasi sә-
bәblәri vә tәfәrrüatları, Teymur vә Qızıl Ordanın siyasi mübari-
zәsi, taxta iddialı olanlar arasında gedәn rәqabәt vә fitnә-fәsadlar
haqqında da heç nә yoxdur. Toxtamışla Edigey arasındakı müna-
sibәtlәri epos zalım vә әdalәtsiz xanın xeyirxah vә vicdanlı vas-
salla – xalqın sevimlisi ilә şәxsi münaqişәsi kimi tәsvir edir. Fe-
odal dövrünün eposu üçün sәciyyәvi olan bu konflikt şәrlәnmiş

218
   213   214   215   216   217   218   219   220   221   222   223