Page 213 - jirmunski
P. 213
Xalq qəhrəmanlıq eposu

lığına müvafiq olaraq üçüncü vә dördüncü nәsil gәlir: Әvәzin
oğlu Nurәli, Hәsәnin oğlu Rövşәn, Nurәlinin oğlu Cahangir (Qo-
roğlunun nәticәsi). Bu yeni qәhrәmanlara hәsr olunan dastanlar
mәnşәcә daha sonrakı dövrә aiddir vә qәhrәmanlıq romanı xa-
rakteri daşıyır. Onlar eynitipli süjet xәtlәrini vә uzaq ölkәyә
gözәl qız dalınca yollanan elçilik mövzularını ehtiva edәn xalq
romanlarının motivlәrini tәkrarlayır.

Tacik vә qazax versiyaları özbәk versiyası ilә yanaşı durur.
Onlardan xüsusilә birincisi bu dastanın Orta Asiya tipinin yeni
vә müstәqil transformasiyasıdır.53

Epik dastanların geniş silsilәsinin real tarixi şәxsiyyәtdәn çı-
xış edәrәk bütövlükdә formalaşması prosesi tәxminәn iki әsr әr-
zindә baş vermişdir: XVII әsrin әvvәlindәn XIX әsrin birinci ya-
rısına qәdәr. Xatırlasaq ki, orta әsr fransız vә alman epik poema-
larının geniş repertuarı da çox qısa bir zamanda (XI–XIII әsrlәr)
formalaşmışdı, bu fakt özü özlüyündә qeyri-adi görünmәmәlidir.
Әlbәttә, Orta Asiya xalq söylәyicilәrinin intensiv yeni yaradıcı-
lıq mәharәti dә yalnız möhkәm, canlı vә epik әnәnәnin mövcud-
luğu şәraitindә üzә çıxa bilәrdi. Ancaq bu mәqam bizi bir daha
әmin edir ki, bu yaxınlaradәk patriarxal-qәbilә vә feodal münasi-
bәtlәri şәraitindә yaşamış xalqlarda arxaik görünәn epik dastan-
lar xronoloji baxımdan yaxın dövrdә dә әmәlә gәlә bilәrdi.

Koroğlu (Qoroğlu) haqqında dastanların müxtәlif versiyala-
rının müqayisәli öyrәnilmәsi göstәrir ki, süjetin ümumi әnәnәvi
fonunda bunlardan hәr birinin öz milli spesifikası vardır vә tarixi
sosial quruluşu, onu yaradan xalqın psixologiyasını vә ictimai
ideallarını әks etdirir. Azәrbaycan Koroğlusu cәsur qәhrәman,
aşıq, “xeyirxah quldur”, feodal zülmünә qarşı cәsur döyuşçüdür;
türkmәn Qoroğlusu döyüşkәn köçәri qәbilәsinin başçısıdır; özbәk
Qoroğlusu isә ideal epik hökmdar, qüdrәtli, әdalәtli vә müdrik
hakim, öz xalqının müdafiәçisidir. Milli әnәnәyә müvafiq olaraq
bu әsәrlәrin bәdii forması da müxtәlifdir. Azәrbaycan “Koroğ-
lu”su çalıb-oxuyan igidin oxuduğu lirik nәğmәlәrin әlavә edildi-
yi qısa hekayәtlәrdәn ibarәtdir; özbәk “Qoroğlu”su geniş epik
dastan forması, bu janr üçün sәciyyәvi olan şeir vә nәsr әvәzlәn-

213
   208   209   210   211   212   213   214   215   216   217   218