Page 210 - jirmunski
P. 210
tor Jirmunski
Koroğlu haqqında dastanların, görünür, tarixi әsasları var.
Azәrbaycan әnәnәsi öz qәhrәmanını İran şahı I Abbasın
(1585–1628-ci illәrdә hakimiyyәtdә olub) müasiri etmişdir. Tәs-
vir olunan hadisәlәrin müasiri olan ermәni tarixçisi Tәbrizli Ara-
kelin (1670-ci ildә ölmüşdür) qeydlәri bu folklor әnәnәsinin
düzgünlüyünә dәlalәt edir. O, Koroğlunun “Cәlalilәr” üsyanının
başçılarından olduğunu qeyd edir (XVI әsrin sonu). “Bu, hәmin
Koroğludur ki, çoxlu nәğmәlәr bәstәlәmişdi vә aşıqlar bu nәğ-
mәlәri indi dә oxuyurlar”. Arakel Koroğlu ilә yanaşı, digәr iki
başçının da adını çәkir. Onların da adları epik әnәnәdә qәhrәma-
nın silahdaşları sırasındadır: Giziroğlu vә Kosa Sәfәr (1598-ci il-
dә üsyan etmişdi).48
Koroğlu haqqında Azәrbaycan rәvayәtlәri xalq qәhrәmanı-
nın ideallaşdırılması prosesinin ilkin mәrhәlәsidir vә hәlә yarıta-
rixi әfsanә çәrçivәsindәn kәnara çıxmır. Onlar Koroğlunun özünә
aid edilәn nәğmәlәrlә işlәnmiş nәsr xarakterli hekayәlәr silsilәsi-
dir.49
Azәrbaycan Koroğlusu tәkә türkmәndir, igid atçapan, öz
şücaәtlәrini tәrәnnüm edәn ifaçı aşıqdır vә öz tarixi prototipinә
daha yaxındır. Feodal cәmiyyәtinә qarşı çıxmış, ingilis xalq bal-
ladalarının qәhrәmanı mәşhur Robin Qud tipli “xeyirxah qul-
dur”dur. O, bu cәmiyyәtә, çoxәsrlik xalq müstәbidlәrinә – xanla-
ra, paşalara vә bәylәrә qarşı partizan müharibәsi aparır, böyük
yollarda tacirlәrin karvanlarına hücum edir, mallarını әlә keçirir,
özünün sehrli Qıratında sehrli hünәrlәr göstәrir, qiyafәtini dәyi-
şәrәk düşmәn düşәrgәsinә girir vә gözü tutduğu gözәllәri nәğ-
mәlәrinә vә ya öz şücaәtlәrinin şan-şöhrәtinә aludә edәrәk qaçı-
rır. Xalq tәsәvvüründә igid Koroğlu zalım vә oğru deyil, o,
özünәmәxsus xalq qiyamçısı, bu dünyanın güclülәri, varlı vә
kübarlarına qarşı cәsur döyüşçü vә eyni zamanda mәzlum xalq
kütlәsinin müdafiәçisidir. Qәhrәman obrazının qeyri-adi popul-
yarlığının sәbәbi dә mәhz elә bundadır.
Koroğlunun igidlәri sırasında әn mәşhurları onun oğulluğa
götürdüyü övladlarıdır: yaraşıqlı qәssab oğlu, onun saqisi vә se-
vimlisi, yaraşıqlı Eyvaz vә dәmirçi oğlu Hәsәn. Koroğlunun dai-
210