Page 209 - jirmunski
P. 209
Xalq qəhrəmanlıq eposu
dәnizi sahillәrindәki köçәri әrazilәrindәn gәtirdiyi qәdim baha-
dırlıq nağılı vә ya nәğmәsi әsasında özbәklәr, qaraqalpaqlar vә
qazaxlar arasında geniş yayılmış “Alpamış” qәhrәmanlıq eposu
yaranır.
Qәhrәmanın nişanlı arxasınca “geriyә yolu olmayan ölkә”yә
getmәsindәn söz açan bahadırlıq nağılı xalqların patriarxal-qәbi-
lә quruluşundan erkәn feodal quruluşuna doğru tarixi inkişafı
prosesindә konkret tarixi mәzmunlu qәhrәmanlıq eposuna çev-
rilmişdir: Orta Asiya eposunda qәhrәmanın düşmәnlәri rolunda
“bütpәrәst” kalmıklar – keçmişdә Orta Asiya türk xalqlarının ta-
rixi düşmәnlәri, Qafqazda isә Gürcüstanın “gaurları” (xristian-
lar), Bamsı Beyrәyi vә onun qırx igidini xaincәsinә әsir götürmüş
vә onları zindanına atmış Bayburd qalasının bәyi çıxış edir. Nә-
hayәt, müasir başqırd, kazan-tatar xalq nağılları bu süjetә müasir
kәndli mühitinin ideologiyasını әks etdirәn demokratik vә müa-
sir çalarlar verdi: tatarlarda Alpamış xanın qızına elçi düşәn sadә
çobandır; digәr adaxlılarla yarışda o, qoltuğunda iki ağır dәyir-
man daşı, dağa qalxmalıdır. Onun “yalnız otuz-qırx nәfәrin qal-
dıra bilәcәyi” bahadır oxu isә “yeddi batman ağırlığında tüfәng”
ilә әvәz edildi.47
4
Epik süjetin beynәlxalq sәviyyәdә geniş yayılmasının nümu-
nәsi kimi nisbәtәn yaxın zamanlarda yaranmış Koroğlu (Qoroğ-
lu) haqqında epik dastanları göstәrmәk olar. Bu dastanlar müxtә-
lif formalarda Qafqazda – azәrbaycanlılara, ermәnilәrә, gürcülә-
rә, kürdlәrә vә Şimali Qafqazın bәzi xalqlarına, Yaxın Şәrqdә
Türkiyәdә vә şimali İranda (Cәnubi Azәrbaycan vә Xorasan),
Orta Asiyada – türkmәnlәrә, özbәklәrә, qazaxlara vә taciklәrә dә
mәlumdur. Dövlәtlәrin vә millәtlәrin sәrhәdlәri, dinlәrin vә dil-
lәrin müxtәlifliyi bu dastanların yayılmasına әngәl olmamışdır.
Feodal zülmü vә әsarәti şәraitindә epik dastan әsasında yaranmış
xalq qәhrәmanı obrazı xalq kütlәsinin müstәbidlәrә qarşı tәbii
etirazının tәcәssümü kimi çıxış edir vә öncә üsyançı vә “xalq qi-
yamçısı”, sonradan isә ideal demokratik hakim, öz xalqının dos-
tu vә müdafiәçisi xüsusiyyәtlәrini ehtiva edir.
209