Page 211 - jirmunski
P. 211
Xalq qəhrəmanlıq eposu

mi iqamәtgahı Çәnlibel vә ya Şamlıbel (“Şamlı aşırım”) dağ qa-
lasıdır. Onun әfsanәvi bioqrafiyası ilә bağlı hadisәlәrin düyünlәn-
mәsi kimi atasının mehtәri olduğu qәddar vә әdalәtsiz paşa tәrә-
findәn kor edilmәsi götürülür (Koroğlunun adı da buradandır –
korun oğlu). Atasının qisasını almaq istәyi Koroğlunun xalq әsa-
rәtçilәrinә qarşı mübarizәyә qalxmasının, onun igidlik şöhrәtinin
vә xalq intiqamçısına çevrilmәsinin başlanğıcı olur.

“Koroğlu”nun bütün digәr Qafqaz vә Yaxın Şәrq – ermәni,
gürcü, türk,50 kürd versiyaları birbaşa Azәrbaycan versiyasından
irәli gәlir. Onlarda dәyişmәz әsas süjet xәtti vә dastanın bir sıra
әsas epizodları, hәmçinin “xeyirxah quldur” vә öz şücaәtlәrini
tәrәnnüm edәn ifaçı qәhrәman obrazının ümumi konsepsiyası
saxlanmışdır. Azәrbaycan aşıqlarının hekayәtlәri ilә müqayisәdә
onlar daha az tarixidir, coğrafi mәhdudlaşdırma vә mәişәt tәfәrr-
üatları etibarilә daha az dәqiqdir vә nağıl fantastikasına meyilli-
dir. Sonrakı inkişafın bütün bu әlamәtlәri tarixi әfsanәnin epos
vә xalq romanına doğru tәkamülünә dәlalәt edir.

“Qoroğlu”nun Orta Asiya variantları başqa xarakter daşıyır.
Onlardan özbәk versiyası dastanın inkişafının sonrakı epik mәr-
hәlәsini daha aydın әks etdirir.52 Qoroğlu haqqında özbәk dastan-
larının qısa epik hekayәtlәr әvәzinә bir çox türk xalqlarının şifa-
hi yaradıcılığı üçün adi hal olan nәsrlә şeirin növbәlәnmәsi prin-
sipiylә düzülmüş geniş epik dastanlar silsilәsindәn ibarәtdir. Xalq
әnәnәsi “Qoroğlu haqqında 40 dastan”ın adını çәkir, әslindә isә
daha çox 42 vә ya 43 dastan qeydә alınmışdır. Özbәk “Qoroğlu”-
sunun süjet xәtti bir çox hallarda Azәrbaycan versiyası ilә oxşar-
dır: qәhrәman vә onun 40 igidi, onun sehrli Qıratı, onun oğullu-
ğa götürdüyü qәhrәmanlar Әvәz vә Hәsәn, Çәmbil qalası, süjet
ilә bağlı hadisәlәrin düyünlәnmәsi kimi atasının kor edilmәsi.
Ancaq Qoroğlunun öz obrazı vә onun şücaәtlәri sonrakı epik
ideallaşmaya yönәlәn çox mühüm dәyişikliklәrә mәruz qalmış-
dır. Özbәk Qoroğlusu “xeyirxah quldur” deyil, o, hәtta ifaçı da
deyil, o, türkmәnlәrin vә özbәklәrin bәyi, kübar qәbilә nәslindәn
olan, digәr mәşhur epik hökmdarları – Böyük Karlı vә ya kral
Arturu, knyaz Vladimiri, Manası vә ya Canqarı (bax: s.42) xatır-

211
   206   207   208   209   210   211   212   213   214   215   216