Page 216 - jirmunski
P. 216
tor Jirmunski
gәlmәk olar. Bunlar rus bılinalarındakı tatarlar kimi, әsasәn tari-
xi yox, uydurma adlar idi. Bu düşmәnlәrlә tәkbәtәk döyüşlәr vә
ya müharibәlәr bir sıra hallarda hәmin düşmәnlәrlә ilk toqquş-
madan çox-çox әvvәllәr yaşamış tarixi personajların (mәsәlәn,
Edigeyin oğlu Nurәddin, XIV әsrin sonu – XV әsrin әvvәli) adı-
na bağlanır.
Belәliklә, epik dastanın tarixilik kimi görünәn tәrәflәri heç
dә hәmişә tarixi bilavasitә vә ya dolayısı ilә әks etdirmir. Belә ki,
özbәk “Qoroğlu”sunda әrәblәrlә döyüş, bәzi özbәk folklorşünas-
larının fәrz etdiyi kimi, Orta Asiya xalqlarının әrәb iştilaçılarına
qarşı (VII–VIII әsrlәr) mübarizәsinin birbaşa xatirәsi deyil. Qo-
roğlu haqqında eposun nisbәtәn gec yaranması (XVII әsrdәn) da
mәsәlәnin belә qoyuluşu ilә ziddiyyәt tәşkil edir. Bir faktı da
qeyd edәk: Әrәb işğalı zamanı Mavәrannәhrin әhalisi әsasәn
İran mәnşәli idi vә әgәr bu dövrün epik dastanları Orta Asiyada
saxlanmışdırsa, onları artıq tacik poetik әnәnәsindә axtarmaq la-
zım idi. Daha bir mәqam: özbәk eposunda әrәb işğalçılarının
başçısı әrәb Reyhan Şirvan ölkәsinin hakimidir (yәni indiki Azәr-
baycanda olan Şamaxının) vә azәrbaycanlıların “Koroğlu” das-
tanında bu ad dәfәlәrlә hallanır. Reyhan burada da kiçik feodal
kimi çıxış edir57 vә onunla Koroğlunun toqquşması Әvәzin oğur-
lanması vә bir sıra digәr epizodlarda yer alır. Belәliklә, tarixi,
Koroğlunun Şamaxıdan olan Әrәb Reyhanla toqquşması ilә bağlı
hekayәt sonradan Türkmәnistan vasitәsilә Özbәkistana keçir, bu-
rada özbәk eposu üçün xarakterik olan milli savaşların vә feodal
çәkişmәlәrinin geniş mәnzәrәsinin yaradılmasında iştirak edir.
Bu eposda Reyhan Çәmbilin digәr epik düşmәnlәri – Gürcüstan
hökmdarı şah Kunxor vә qızılbaşların sehrli ölkәsi Zenqarın
padşahı Şahdarxanla yanaşı yer aldı. “Şahnamә”nin qәhrәmanı
(“Rüstәm-Dastan”) Rüstәm haqqında geniş yayılmış fars vә
özbәk xalq kitabında da bu qәhrәmanın әrәb istilasına qarşı
mübarizә etdiyini (Y.E.Bertelsin mәlumatına görә) nәzәrә alsaq,
Qoroğlunun әrәblәrlә mübarizәsi mәsәlәsinin tarixi anaxronizm
olduğu daha da aydınlaşmış olar.
Qazax bahadırlıq eposu bütövlükdә eposun tarixә münasibә-
tinә aydınlıq gәtirәn nümunә rolunu oynaya bilәr. Qazax baha-
216