Page 215 - jirmunski
P. 215
Xalq qəhrəmanlıq eposu

sık-Kul vә Tyan-Şandan tutmuş Daşkәnd, Sayram vә Türküstan
şәhәrlәrinәcәn Orta Asiya dәfәlәrlә kalmıkların dağıdıcı hücum-
larına mәruz qalmışdı.54 V.V.Bartoldun qeyd etdiyi kimi,55XVI–XVII
әsrlәr müsәlman mәnbәlәri “bütpәrәst” kalmıkları Orta Asiya
müsәlmanlarının әn qüdrәtli düşmәnlәri hesab edirdi. Köç yerlә-
ri uğrunda bu mübarizә xüsusilә XVIII әsrin әvvәllәrindә şiddәtli
xarakter aldı. Bu dövrdә kalmıklar noqay vә qazaxları darmada-
ğın edәrәk (1723) Volqaboyu әrazilәrdә irәlilәdilәr. Bu dövrün
dağıdıcı hücumları qazax xalqının yaddaşında “böyük fәlakәt il-
lәri” kimi qaldı (aktaban şubrundu).56

Kalmık müharibәlәrinin tarixi hadisәlәri XV–XVI әsrlәrdә
Çingizilәr vә onların varislәrinin imperiyasının tamamilә dağıl-
ması ilә bağlıdır: qәrbdә Qızıl Orda, şәrqdә Teymurilәr dövlәti
onların qalıqları әsasında geniş “qıpçaq çöllәri”ndә (Dәşti-Qıp-
çaq), Volqa vә Uraldan tutmuş İssık-Kul vә Tyan-Şana qәdәr
“qıpçaq çöllәri”ndә (Dәşti Qıpçaq) mәskunlaşan türk xalqlarının
qәbilә vә dövlәt birlәşmәlәri yarandı (noqayların, qazaxların, qa-
raqalpaqların, özbәklәrin vә qırğızların). Sözügedәn bütün xalq-
lar üçün bu dövr epik yaradıcılıqda әks olunmuş tarixi vә dövlәt
şüurunun oyanması ilә sәciyyәvidir. Orta Asiya türk xalqlarının
qәhrәmanlıq eposunda bahadırların mübarizә apardığı әsas
düşmәnlәr kalmıklar idi.

Mәsәlәn, qazax bahadırlıq nәğmәlәrindә (“Koblandı-batır”,
qazax-noqay silsilәsindәn “Musaxan”, “Urak vә Mamay”), qara-
qalpaq eposu “Qırx qız”, elәcә dә “Alpamış”ın sonrakı (kunqrat-
baysun) variantında mәsәlәlәr belә qoyulurdu.

Orta Asiya epik әnәnәsindә qızılbaşlar (hәrfәn: “qızıl başlı-
lar”) obrazı sonrakı dövrdә yarandı. Onlar şah İsmayıl Sәfәvi
(XVI әsr) dövründә başlarına qırmızı baş örtüyü geyinәn, şiә
mәzhәbindәn olan insanlar idi. Orta Asiyada Sәfәvilәrin hәrbi
ekspansiyası çox uzun sürmәdi; ancaq 1740-cı ildә Buxara, xüsu-
silә dә Xarәzm (Xivә) yenә dә İran hakimi Nadir şah tәrәfindәn
darmadağın edildi. “Qızılbaşlar” eposda mücәrrәd epik düşmәn-
lәrә çevrildilәr. Qazax vә qaraqalpaq bahadırlıq nәğmәlәrindә әn
müxtәlif “bütpәrәst” qızılbaş vә kalmık xanları obrazlarına rast

215
   210   211   212   213   214   215   216   217   218   219   220