Page 214 - jirmunski
P. 214
tor Jirmunski

mәlәri, geniş sәpkili tәhkiyә ilә seçilir; tacik dastanı “Qurquli”
bütövlükdә nәzm formasındadır. Belәliklә, epik dastanın hәr bir
milli versiyası, doğrudan da, onu әrsәyә gәtirmiş xalqa mәxsusdur.

5
Qәhrәmanlıq eposunun öyrәnilmәsi üçün epik süjetlәrin tari-
xi mәnbәyi haqqında mәsәlә mühüm әhәmiyyәt kәsb edir. Özünün
inkişafının müxtәlif mәrhәlәlәrindә qәhrәmanlıq eposu müxtәlif
dәrәcәdә tarixidir vә müxtәlif qәdim ardıcıl tarixi qatlardan iba-
rәt ola bilәr. Mәsәlәn, rus dastanlarında knyaz Vladimirin vә
Dobrınyanın adları Müqәddәs Vladimirin (X әsr) dövrünü, Tu-
qarin Zmeyeviçin obrazı vә adı Vladimir Monomax vә qıpçaq
xanı Tuqorkanın (XII әsr) dövründә çöllә mübarizә haqqında xa-
tirәlәri әks etdirir. Kiyev silsilәsinә aid dastanların әsas milli
mövzusu tatarlarla mübarizә, rus dövlәtinin milli vә siyasi müstә-
qilliyinin qorunması, XIII–XIV әsrlәrdә olan tarixi münasibәt-
lәrlә bağlıdır.
Qırğız epopeyası “Manas”ın tarixi әsasları haqqında da eyni
şeylәri söylәmәk olar (bax: V fәsil). Qırğız köçәri cәmiyyәtinin
Şimal-Qәrbi Monqolustanda vә Cәnubi Sibirdә uzaq hәrbi eks-
pansiya (genişlәnmә) dövrü (IX әsr) qırğızların sonrakı tarixi hә-
yatının hadisәlәri ilә bağlanmışdır vә “Manas”da heç bir iz qoy-
mamışdır. Qәbul etmәk lazımdır ki, qırğız epopeyası, әsasәn,
qırğız xalqının kalmıklarla mübarizәsini әks etdirir, yәni oyrat
dövlәti vә kalmık müharibәlәri (XV–XVIII әsrlәr) dövrünün
sonrakı tarixi faktlarını vә münasibәtlәrini әks etdirir. “Manas”-
da rast gәlinәn tarixi adlar da, әsasәn, XV–XVII әsrlәrә aiddir vә
qismәn qazax-noqay silsilәsindәn olan tarixi qәhrәmanların ad-
ları ilә sәslәşir.
Kalmık müharibәlәri Orta Asiya xalqlarının qәhrәmanlıq
eposu nümunәlәrinin bir çoxu üçün әsas tarixi zәmin yaratdı.
Mәrkәzi Asiyada qüdrәtli köçәri oyratlar (Orta Asiya mәnbәlә-
rindә onlar “kalmaklar” adlanır. Rusca “kalmıklar” sözü dә bura-
dandır) dövlәtinin yaranması XV әsrin әvvәllәrinә tәsadüf edir.
Bu vaxtdan XVIII әsrә, yәni bu dövlәtin qalıqlarının çinlilәr tә-
rәfindәn tam mәhv edildiyi dövrә qәdәr (1758), Semireçye, İs-

214
   209   210   211   212   213   214   215   216   217   218   219