Page 217 - jirmunski
P. 217
Xalq qəhrəmanlıq eposu

dırlıq nәğmәlәrinin әksәriyyәti XV–XVI әsrlәrdә türk köçәri
tayfalarını birlәşdirәn, әvvәllәr Qızıl Ordanın tәrkibindә olan,
Krım vә Qara dәniz çöllәrindәn Sibir vә Qazaxıstana qәdәr әra-
zini әhatә edәn Noqay ordası dövrünün tarixi rәvayәtlәrinә daya-
nır.

Qazax eposundakı “noqayların bahadırlıq әsri” haqqında tә-
sәvvürlәr dә hәmin dövrün tarixi münasibәtlәri ilә bağlıdır. Vәli-
xanov yazır: “Noqaylar dedikdә, әvvәllәr Orta Asiyada tatar di-
lindә (yәni türk dillәrindә) danışan bütün türk vә monqol mәnşәli
köçәri tayfalar nәzәrdә tutulurdu…”, necә ki “kalmıklar monqol
dilindә danışan köçәrilәr adlandırılır”.58 “Orta Asiya çöllәrinin
bütün köçәri xalqları qәdim olan nә varsa, hamısını noqayların
adına bağlayırlar vә bir çoxları onları öz әcdadları hesab edir”.59

Hәlә Vәlixanov rus salnamәlәrindә qazax eposundan mәlum
olan bir sıra “orda qәhrәmanları” (Edigey, Әr-Kokça, Әr-Kosay,
Urak vә b.) haqqında qeydlәri aşkar etmişdi.60 Әr-Kokçanın adı-
na tatarların Odoyev şәhәrinә hücumu ilә әlaqәdar 1423-cü ilә aid
Nikonov salnamәsindә rast gәlinir: “onda Köqçünü öldürdülәr –
güclü, qüdrәtli tatar bahadırını”. Şora batırın adı Kazanın işğalı
ilә bağlıdır.61

“40 bahadır” qazax epik külliyyatının genealoji dövrlәşdiril-
mәsindә orada murzası İdiqe, onun nәsli vә әcdadları haqqında
epik dastanlar aşağıdakı adlar ardıcıllığı ilә birlәşdirilmişdir: Anq-
şibay batır – Parpariya – Kutlı Kiya – İdiqe – Nurәddin – Musa-
xan – onun oğlanları Urak vә Mamay – Urakın oğlanları Qarasay
vә Qazı. Bu epik genealogiyada İdiqenin әcdadları әfsanәvi per-
sonajlardır (ola bilsin ki, onun atası Kutlı-Kiyadan başqa), sonra-
kı nәsli isә XV–XVI әsrlәrdә Qızıl Orda әmirinin nәslinin hakim
olduğu Noqay ordasının tarixi knyazları vә murzalarıdır. Bu ad-
ların ardıcıllığı rus mәnbәlәri – salnamәlәr, Moskva knyazlarının
noqay murzaları ilә diplomatik yazışmaları,62 rәsmi nәsil şәcәrә-
lәri (o cümlәdәn, Yusupovlar vә Urusovların knyaz şәcәrәlәri)
ilә dә tәsdiqlәnir.63 Bununla belә, epik әnәnә bәzi mәqamlarda
tarixi mәnbәlәrdәn uzaqlaşır: mәsәlәn, Musaxan İdiqenin nәvәsi
yox, nәticәsi idi (Nurәddinin nәvәsi, Okasın oğlu), Urak Mama-

217
   212   213   214   215   216   217   218   219   220   221   222