Page 222 - jirmunski
P. 222
tor Jirmunski
diyi Noqay ordasında yaranmalı idi. Dastanın geniş yayılması
Noqay ordasının XVI әsrin sonu – XVII әsrin әvvәllәrindә par-
çalanmayaqәdәrki geniş çöl әrazilәrinә müvafiqdir.
“Urak vә Mamay” qazax epik poeması da noqay silsilәsinә
aiddir. Burada Edigeyin nәticәsi (eposa әsasәn nәvәsi), noqay
knyazı Musa xanın çoxlu sayda oğlanları arasında baş verәn ailә
münaqişәlәri vә feodal çәkişmәlәrindәn söz açılır. Musanın kiçik
oğlu İsmayıl burada qәddar vә şöhrәtpәrәst qәhrәman obrazında
çıxış edir. O, böyük qardaşları arasında әdavәt salıb onları mәhv
edir vә taxt-taca sahiblәnir. Poemanın mәrkәzi hadisәsi kimi İs-
mayılın qardaşı, bahadır Urakın öldürülmәsidir.
Musanın oğlu, noqay knyazı İsmayıl rus tarixi mәnbәlәrin-
dәn Kazan vә Hәştәrxanın işğalı dövründә İvan Qroznının (1563-cü
ildә vәfat etmişdir) müttәfiqi kimi göstәrilir. Çar İvanın noqay
murzaları ilә yazışmalarında vә rus salnamәlәrindә İsmayıl tәrә-
findәn onun böyük qardaşı vә Moskvanın düşmәni knyaz Yusifin
öldürülmәsi (1554), bundan sonra knyaz hakimiyyәtini әlә keçir-
miş İsmayıl vә Yusifin oğlanları arasında çәkişmәlәrdәn geniş
söhbәt açılır. Rus sәfiri çara Yusifin öldürülmәsi haqqında (1 fev-
ral 1555-ci il) belә mәlumat vermişdi: “Özünü öldürdülәr, oğlan-
larından vә qardaşı uşaqlarından bәzilәrini qәtlә yetirdilәr, qa-
lanlarını qovdular; hәr iki tәrәfdәn noqay әhalisi çox qırıldı: No-
qay Ordası yaranandan bәri belә tәlәfat olmamışdı”.71
Rus mәnbәlәri hәr iki qardaşın xarici siyasi mövqeyi haqqın-
da real motivlәri dә qoruyub saxlamışdır. Moskva ilә müharibәni
noqaylılar üçün fәlakәt hesab edәn İsmayıl Yusifә deyir: “Sәnin
adamların ticarәt üçün Buxaraya gedir, mәnimkilәr isә Moskva-
ya. Mәn ayaqyalın da gәzә bilәrәm, ancaq insanlar qırılacaq, on-
da onların heç kәfәni dә olmayacaq”.72
Eposda Yusifin әvәzinә (onun haqqında poemada heç nә de-
yilmir) İsmayılın qurbanı onun qardaşı Urak olur. Tarixi personaj
Urak – İsmayılın qardaşı oğlu xeyli vaxtdır ki, hәlak olmuşdu
(1538–1548-ci illәr arasında). Bu barәdә heç bir sәnәdli mәlu-
mat saxlanmamışdı. Alman sәyyahı Adam Olearinın (1636) xa-
tırlatdığı xalq rәvayәtindә “tatar hökmdarı Urakın” öldürüldüyü
yer kimi Volqa çayının sağ sahilindә, Saratov vә Kamışinin ara-
sında yerlәşәn Urak tәpәsi göstәrilir.73
222