Page 206 - jirmunski
P. 206
tor Jirmunski

vardır. Hәr üç versiya Baysun әrazisindә (keçmişdә Özbәkista-
nın cәnubunda, Termez şәhәrindәn şimalda yerlәşәn Baysun bәy-
liyi) başçıları Alpamış olan kunqrat köçәri tayfaları arasında
mәhdudlaşmışdır. “Alpamış”ın bu üç variantı kunqratların tayfa
eposudur. Tarixi mәnbәlәr göstәrir ki, Baysun bәyliyinin dә daxil
olduğu Termez vilayәti XVI әsrdәn kunqrat qәbilәsinin yurdu ol-
muşdur. Bu әrazini bәylik Teymurilәr dövlәti tәrәfindәn işğal
olunmuş torpaqların Şeybani xanın köçәri özbәklәri arasında
bölünmәsi zamanı almışdır.V “Alpamış”ın kunqrat-baysun ver-
siyasının nisbәtәn sonrakı tarixinә kalmıklarla hәrbi toqquşmala-
rın tarixi fonu uyğun gәlir ki, bu da Oyrat dövlәtinin vә kalmık-
ların Orta Asiyaya yürüşlәri (XV–XVIII әsrlәr) dövrünә işarә
edir.

Alpamış haqqında epik dastanın digәr versiyaları da saxlan-
mışdır. Bu variantlardan “Kam-buri oğlu Bamsı Beyrәk haqqın-
da hekayәt”40 “Kitabi-Dәdә Qorqud” (XVI әsr türk әlyazması)
adı altında tanınmış oğuz bahadırları haqqında epik dastanlar sil-
silәsinә daxildir, elәcә dә Beyrәk haqqında müasir Anadolu na-
ğılları41 burada öz әksini tapmışdır. “Kitabi-Dәdә Qorqud”da yer
almış oğuz bahadırları haqqında rәvayәtlәr, XI әsrdә Sәlcuqlar
sülalәsi sultanlarının başçılığı altında oğuzların yayıldığı Azәr-
baycanda vә Anadoluda formalaşmışdır: XV–XVI әsrlәrә aid bu
versiyalar feodal vә islami motivlәrlә zәnginlәşmişdir. Lakin
oğuz eposu Sırdәryanın aşağı sahillәrindә (X әsr), oğuzların Or-
ta Asiyadakı qәdim vәtәnindә intişar tapmağa başlamışdır. Bu-
rada hәlә XVII әsrin ortalarında bahadır qız Barçin vә onun әri
Mamış bәy (Alpamış) haqqında xatirәlәr yaşamaqdaydı. Bunu
1660-cı ildә Xivә xanı Әbülqazi dә qeyd etmişdir.42 “Bamsı Bey-
rәk” oğuz dastanında sonrakı kunqrat-baysun mәhdudlaşması vә
kalmık mövzusu yoxdur, adaxlılar arasında elçilik yarışları isә
(at yarışı, oxatma, gülәş) adaxlı ilә nişanlı qız – bahadır qız ara-
sında baş verir.

Kunqrat versiyasının tarixi mәhdudlaşdırılması Alpamış haq-
qında müasir xalq nağıllarında, başqırd vә Kazan-tatar nağılla-
rında da müşahidә olunmur.43 Güclü müasirlәşdirmәyә mәruz
qalmasına baxmayaraq, şәrti olaraq qıpçaq versiyası adlandırdı-

206
   201   202   203   204   205   206   207   208   209   210   211