Page 207 - jirmunski
P. 207
Xalq qəhrəmanlıq eposu

ğımız bu әsәr bir sıra arxaik cizgilәrini dә qoruyub saxlamışdır.
Qәhrәmanın rәqibi kimi başqırd nağılında (bir qәdәr dumanlı şә-
kildә tatar nağılında) qoca ilxıçı Kultaba (onun adı kunqrat versi-
yasında Alpamışın dostu vә kömәkçisi Kultayın adı ilә oxşardır)
çıxış edir. Bahadır ondan qәhrәmanlıq elçiliyi üçün sehrli at alır,
әvәzindә isә öz nişanlısını vә padşahlığın yarısını ona vәd edir.

Bu motiv çox qәdimdir. Ona hәm dә süjet baxımından “Al-
pamış”a yaxın olan (mәsәlәn, “Cәlkildәk”)44 bir sıra qazax baha-
dırlıq nağıllarında da rast gәlinir. Bu motivin izlәrinә özbәklәrin
“Alpamış” dastanında da rast gәlmәk olar: burada bahadır atının
әldә edilmәsindәn öncә gәnc qәhrәmanla ilxıçı Kultayın tәkbә-
tәk döyüşü baş verir. Qoca ilxıçı (ağsaqqal aduçi), akademik
B.Y.Vladimirtsov vә professor Q.D.Sanjeyevin qeyd etdiklәri ki-
mi,45 monqol, hәm dә bir sıra altay bahadırlıq nağıllarında mühüm
rol oynayır. Gәnc qәhrәman sәfәrә çıxanda ilxıçı ona sehrli at se-
çir – onun kömәyi olmadan bahadırın sәfәri dә, ola bilsin ki, baş
tutmazdı. Qoca ilә oğlu kimi ehtiramla, hörmәt-izzәtlә davranan
qәhrәman sәfәrdәn dönәrkәn ona әnam olaraq gәnc gözәl qız da
gәtirir. Qoca ilxıçı obrazı patriarxat-qәbilә quruluşu şәraitindә,
köçәri cәmiyyәtindә yaranmışdır: köçәri tayfaların ilxı gözәtçisi-
nin mühüm ictimai rolu onu müdrik “ağsaqqal”, qәbilәnin patri-
arxı sәviyyәsinә yüksәltmiş, ona “dayı” lәqәbini qazandırmışdır.
Bahadırlıq nağılında bu obraza üstün gücә malik “böyük qo-
hum” xüsusiyyәtlәri әlavә edilir. Onun qәhrәmanın nişanlısı üzә-
rindә xüsusi hüquqlara malik olması motivi, ola bilsin ki, qәbilә
kollektivinin qohumun nişanlısı üzәrindәki arxaik hüququnu әks
etdirir.

Dastanın daha arxaik versiyası “Alıp-Manaş” altay bahadır-
lıq nağılında әks olunmuşdur. Bu nağıl 1940-cı ildә dağlıq Alta-
yın әn böyük söylәyicisi mәrhum N.Ulaqaşevin dilindәn yazıl-
mışdır.46 Qәhrәmanın özünün sehrli mәğlubedilmәzliyi ilә seçi-
lәn nәhәng alp obrazı, elәcә dә onun cildini dәyişәn sehrli atı,
sehrli kömәkçi vә xilaskar surәtlәri qәdim bahadırlıq nağılı ilә
bağlıdır. Qәhrәmanın dünyanın o başında yerlәşәn (“göylә yerin
birlәşdiyi mәkan”), geriyә yolu olmayan (“geriyә iz dә yoxdur”)

207
   202   203   204   205   206   207   208   209   210   211   212