Page 204 - jirmunski
P. 204
tor Jirmunski
Ancaq bununla yanaşı, xalq eposu tәcrid olunmuş şәkildә,
xalqın konkret tarixi ilә şәrtlәnәn real tarixi qarşılıqlı әlaqәlәrdәn
kәnarda öyrәnilә bilmәz. Orta Asiya xalqları, ölkәmizin digәr
xalqları kimi, tarix boyu bir-biriylә daim qarşılıqlı әlaqәdә, sıx
mәdәni ünsiyyәtdә olmuşlar ki, bunun da nәticәsi olaraq mәdәni
dәyәrlәrin (o cümlәdәn әdәbiyyat vә folklor sahәsindә) mübadi-
lәsi baş vermәli idi.
Orta Asiyanın türk xalqları – özbәklәr, qazaxlar, qırğızlar,
qaraqalpaqlar, türkmәnlәr tarixәn bir-birlәri ilә qәdim dil birliyi
vә uzunmüddәtli ünsiyyәtdә, etnik vә qarşılıqlı mәdәni әlaqәdә
olmuşlar. Müxtәlif dövrlәrdә Orta Asiya çöllәrinin geniş torpaq-
larında yayılmış köçәri türk tayfaları xalqların yaranması vә for-
malaşması prosesindә hәm bir-birlәri ilә, hәm dә Orta Asiyanın
oturaq, әkinçiliklә mәşğul olan qәdim, irandilli әhalisi ilә qayna-
yıb-qarışmışlar. Hәmin әhalinin bu xalqlara mәdәni tәsiri güclü
olsa da, qeyri-bәrabәr paylanırdı (bu tәsir Özbәkistan vә Türkmә-
nistanda daha qabarıq idi).
Әsasәn akademik N.Y.Marrın mәktәbinin irәli sürdüyü dek-
larativ vә әsassız nәzәriyyәlәrә (köçәri vә yarımköçәri tayfaların
yerdәyişmәsinin tarixi faktlarını inkar edәn) rәğmәn, oğuzların,
qıpçaqların vә digәr türk xalqlarının tayfa birliklәri Altay dağla-
rının әtәyindәn, Cәnubi Sibir vә Qәrbi Monqolustandan, Orta
Asiya çöllәrindәn keçәrәk Volqaboyu vә Qara dәniz sahillәrinә-
dәk, Qafqaz vә Kiçik Asiyayadәk böyük yol qәt etmişlәr. Yolbo-
yu onlar digәr tayfa qrupları ilә birlәşmiş, onlarla qaynayıb-qa-
rışmış, keçib-getdiklәri әrazilәrdә dağılan tayfa birliklәrinin qa-
lıqlarını qoymuşlar.
Feodalizm şәraitindә köçәri xalqlarda mütәrәddid vә davam-
sız dövlәt birliklәrinin formalaşmasında bu birliklәrә çox vaxt
elә hәmin parçalanmış tayfaların ayrı-ayrı qrupları daxil olurdu.
Onların özlәrinә verdiyi adlar bir sıra türk xalqları arasında indi
dә vardır, daimi vә ya müvәqqәti mәskunlaşdığı bütöv әrazilәrdә
onlara coğrafi adlar kimi rast gәlinir. Professor A.A.Semyonov
yazır: “Qıpçaqlar, kunqratlar, kanqlılar, uyğurlar, keneqeslәr,
naymanlar, uşunlar, manqıtlar vә b. belә parçalanmış tayfalardan
204