Page 200 - jirmunski
P. 200
tor Jirmunski
tipli epos da geniş yer almışdır. “Qoroğlu” silsilәsindәn olan,
qәhrәmanlıq vә roman (40 yaxın süjet) elementәlәrini birlәşdirәn
poemalar da geniş yayılmışdır.
Özbәk eposunun 150 variantda 50 müxtәlif söylәyicinin di-
lindәn yazılmış ümumi süjet sayından (60-a yaxın) indiyәdәk cә-
mi 17-si nәşr edilmişdir.23 Bütün yığılmış material Özbәkistan
SSR Elmlәr Akademiyasının folklor arxivindә cәmlәnmişdir.
Türkmәn söylәyicilәrinin epik repertuarında türkmәn savaş
hekayәti “Yusif vә Әhmәd” vә Qoroğlu haqqında epik silsilә ilә
yanaşı, hazırda xalq romanları da yer alır. Bu romanlar qismәn
kitab mәnşәlidir vә әksәriyyәti Böyük Vәtәn müharibәsi dövründә
әlyazmalar әsasında professor B.A.Karrıyevin redaktәsi altında
populyar nәşrlәrdә çap olunmuşdur: “Gül vә Bülbül”, “Gül vә
Sәnubәr” (müq. et: “Şahzadә Sәnubәr”), “Şahsәnәm vә Qarıp”
(Lermontovun 1831-ci ildә Tiflisdә yazdığı “Aşıq Qәrib”in
türkmәn variantı), “Tahir vә Zöhrә”, “Seypәl Mәlәk” (“1001 ge-
cә” nağılının klassik әdәbiyyatdan keçib gәlmiş vә sonrakı xalq
yaradıcılığı variantına mәruz qalmış süjeti), “Xurlukqa vә Hәm-
ra”, “Sayat vә Hәmra”, “Әsli vә Kәrәm” vә b.24 Bu romanların
әksәriyyәti müxtәlif milli versiyalarda Yaxın vә Orta Şәrqin di-
gәr xalqlarına da mәlumdur.25
Qoroğlu haqqında epik dastanın türkmәn versiyası kütlәvi
nәşrdә, türkmәn yazıçısı Ata Kouşutovun (1950-ci ildә vәfat et-
mişdir) redaktәsi ilә nәşr edilmişdir.26 Özünәmәxsus xalq kitabı-
nı xatırladan bu nәşr, tәәssüf ki, bu epik qәhrәman haqqında
müxtәlif yerli variantlarda olan türkmәn epik әnәnәsinin bütün
zәnginliyini әks etdirmir.
Taciklәrin şifahi qәhrәmanlıq eposu 1930-cu illәrin ortala-
rında aşkar edilmişdir. Qurban Cәlil, Babayunus, Xiktam Rizo
vә b. kimi söylәyicilәrin ifası әsasında bir çox Ön vә Orta Asiya
xalqları arasında müxtәlif versiyalarda yayılmış “Qoroğlu” epik
silsilәsinin bir sıra epik poemaları yazılmışdır.27 “Qoroğlu”nun
tacik versiyası (“Qurquli-şo”) mәnşәcә özbәk dastanı ilә әlaqәli-
dir, amma özünәmәxsus, yenidәn bәdii işlәnmәyә mәruz qalmış
milli variantdır: burada baş qәhrәman rolunda Qoroğlunun oğul-
200