Page 195 - jirmunski
P. 195
Xalq qəhrəmanlıq eposu

(1866–1896)5 möhәtәşәm “Türk tayfalarının xalq әdәbiyyatı
nümunәlәri” toplusu ilә qoyulmuşdur. Bu topluda qazaxların (III cild),
qırğızların (V cild) vә Sibir türk xalqlarının (I, II, IV cildlәr) epik
nәğmәlәri, nağılları vә digәr folklor nümunәlәrinin orijinal mәtn-
lәri, fonetik baxımdan transkripsiya edilmiş variantları vә alman
dilindә tәrcümәsi yer almışdır. Radlovun ekspedisiyası vә onun
nәşrlәri әvvәllәr, demәk olar ki, elmin nüfuz etmәdiyi layları üzә
çıxardı; onun tәrcümәlәri bir çox folklorşünasları, o cümlәdәn
ixtisasca türkoloq olmayan xarici tәdqiqatçıları yazıya alınmış
nümunәlәrin mәzmunu ilә tanış etdi. Radlovun toplusunda özbәk,
qaraqalpaq vә türkmәn xalqlarına aid folklor materialları yox-
dur: onun sәfәrlәri 1860-cı illәrdә, Orta Asiyanın Rusiyaya ta-
mamilә birlәşdirilmәsinәqәdәrki dövrә tәsadüf edir vә ona görә
indiki Özbәkistan vә Türkmәnistan әrazilәri tәdqiqata cәlb edil-
mәmişdi.

Lakin Radlov Orta Asiya epos abidәlәrinin ilk toplayıcısı de-
yildi. Sibir vә Orta Asiya türk xalqları içәrisindә rus dövlәtinin
tәsәrrüfat, siyasi vә mәdәni maraqlar orbitinә daxil olan qazaxlar
rus sәyahәtçilәrinә, etnoqraf vә folklorşünaslarına digәrlәrindәn
daha yaxşı tanış idi (qәdim terminologiya ilә “qırğızlar” vә ya
“qırğız-qaysaklar”). Bu yaxınlarda mәlum olmuşdur ki, Puşkin
dә qazax folkloru ilә maraqlanırmış: onun kağızları arasında na-
mәlum xәtlә yazılmış “Kozı-Korpeç vә Bayan-Sulu”6 (ehtimal
ki, 1833-cü ildә onun Orenburqa sәfәri zamanı) epik rәvayәti aş-
karlanmışdır. “Sibirski vestnik”in naşiri, Sibiri yaxşı tanıyan bir
insan kimi mәşhur olan Spasski ilk dәfә olaraq İdiq haqqında
dastanı rus variantında nәşr etmişdir.7 XIX әsrin birinci yarısına
aid etnoqrafik әdәbiyyatda qazax eposu vә folkloruna dair pәra-
kәndә mәlumatlara da rast gәlinir.8

Orta qazax Ordasının sonuncu xanının nәvәsi, rus zabiti,
mәşhur etnoqraf, öz xalqının rәvayәtlәrinin toplayıcısı vә bilici-
si, dünyasını erkәn dәyişmiş qazax maarifçisi Çokan Çingiz oğlu
Vәlixanovun (1835–1866) fәaliyyәti XIX әsrin ortalarına tәsadüf
edir.9 Vәlixanov İdiq haqqında poemanı (qazax vә noqay versi-
yalarında) vә “Manas” qırğız epopeyasından parçanı (“Kokete-
yin xeyratı”) qeydә alıb rus dilinә tәrcümә etmişdir. Vәlixanovun

195
   190   191   192   193   194   195   196   197   198   199   200