Page 193 - jirmunski
P. 193
Xalq qəhrəmanlıq eposu

III

ORTA ASİYA XALQLARININ EPİK YARADICILIĞI

1
Epos qәhrәmanlığın ideallaşdırılması miqyasında xalqın canlı
keçmişidir. Onun elmi, tarixi dәyәri vә eyni zamanda ictimai,
mәdәni-tәrbiyәvi әhәmiyyәti bununla bağlıdır.
Sovet mәkanı xalqlarının epik yaradıcılığının öyrәnilmәsi
sovet folklorşünaslığının әn aktual mәsәlәlәrindәn biridir. Bizim
ölkәnin xalqları, xüsusilә dә Orta Asiya xalqları bir çox epik va-
riantlarda el sәnәtkarlarının, özünün mәşhur incәsәnәt xadimlә-
rinin ifasında yaşayan, zәngin vә canlı xalq eposu xәzinәsiylә
haqlı olaraq fәxr edir.
Elmi baxımdan biz burada bütövlükdә epos probleminә açar
olduğunu görürük. Antik, Orta әsrlәr, Qәrbi Avropa, hind vә İran
eposları bizә qәdim yazılı abidәlәr, әdәbi qeydlәr vә yenidәn iş-
lәnmiş variantlar vasitәsilә gәlib çatmışdır vә bu eposların tәbiәti
yalnız günümüzdә yaranan vә ifa olunan canlı eposla müqayisә-
dә aydınlaşır.
Hәlә akademik A.N.Veselovski dәfәlәrlә bu mәqama diqqәt
çәkmişdi. O, alman filoloqlarını, Homerin vә “Nibelunqlar”ın
tәnqidçilәrini canlı epik әnәnәyә әhәmiyyәt vermәmәkdә günah-
landırmışdı. Veselovski yazırdı: “Canlı epik poeziya ilә az tanış
olan Qәrb alimlәri özlәri dә bilmәdәn qәdim dövrün xalq poezi-
yası mәsәlәlәriylә sırf kitab mәsәlәlәrini qarışdırırlar. Bununla
“Nibelunqlar”ın bütün tәnqidi vә qismәn Homer eposunun tәnqi-
di yanlış iş görmüş olur”. “İstәnilәn halda, hәlә ifa olunan eposa
istinad etmәk vә onun quruluşunu vә inkişaf mәrhәlәlәrini çox
müfәssәl öyrәnmәk lazımdır”.1
Ona görә dә Veselovski tәdqiqatçıya rus, serb, yeni yunan
eposuna müraciәt etmәyi tәklif edir. Hazırda bizim tәdqiqatların
imkanları xeyli genişlәnmişdir: biz buraya sovet Şәrqi xalqları-
nın әn zәngin epik yaradıcılığını – Qafqaz, türk, monqol xalqla-
rının qәhrәmanlıq eposunu da әlavә edә bilәrdik.

193
   188   189   190   191   192   193   194   195   196   197   198