Page 189 - jirmunski
P. 189
Xalq qəhrəmanlıq eposu

(bax: s. 27) vә qoca Mark Kraleviçin odlu silahla qarşılaşması
haqqında hekayәt (s.106). Ola bilsin ki, bunlar Yaxın Şәrqdә
mәşhur olan xeyirxah harami vә xalq qisasçısı Koroğlu haqqında
rәvayәtlәrin analoji motivinә dayanır. Koroğlu haqqında heka-
yәtlәr Azәrbaycanda vә Türkiyәdә nәsr variantında idi vә bu da
onların yaddilli etnik mühitdә yayılmasını asanlaşdırırdı (mәsә-
lәn, Qafqazda onlar ermәnilәrin, gürcülәrin, kürdlәrin folkloruna
daxil olmuşdur).

Aparılan tәhlillәr rus bılinaları vә cәnubi slavyan yunak nәğ-
mәlәrinin müqayisәli öyrәnilmәsi mәsәlәlәrinә dә bir qәdәr ay-
dınlıq gәtirmәyә imkan yaradır. Bir çox qәdim epik motivlәr vә
süjetlәr tarixi-tipoloji oxşarlıqlara әsaslanır: әjdaha ilә mübarizә,
qәhrәman elçiliyi, bahadır qız obrazı, bahadır atının rolu vә s. vә
yuxarıda nәzәrdәn keçirdiyimiz orta әsrlәrә aid bәzi süjetlәr (mә-
sәlәn, haqsız olaraq zindana atılmış İlya vә Marko ölüm tәhlükә-
si mәqamında düşmәnә qalib gәlmәlidirlәr). Ola bilsin ki, baha-
dırlıq nağıllarından intişar tapan qәdim motivlәrdәn (әjdaha oğ-
lu-bahadır, sona-qız) bu vә ya digәrlәri slavyan xalqlarının ümu-
mi inanclarına әsaslanır.

Rus vә cәnubi slavyan eposunun süjetlәri arasında genetik
xarakterli tarixi әlaqә birbaşa qarşılıqlı tәsir xarakterli, bu vә ya
digәr tәrәfdәn alınma deyil: bu, әksәr hallarda (yuxarıda qeyd et-
diyimiz “balkan birliyi” kimi) daha sonrakı dövrdә, nәğmә, no-
vella, nağıl (“ballada tipli”) xarakterli beynәlxalq süjetlәrin ya-
yılması nәticәsindә yaranmışdır. Mәhz belә hallarda biz cәnubi
slavyan eposunun novella süjetlәri ilә bağlı rus paralellәrinin ol-
duğunu qeyd etmişdik. Bunları yuxarıdakı xülasәyә istinadәn bir
daha sadalayaq: “Knyaz Mixaylo” (müq. et № 3), “Stavr Qodi-
noviç” – “Avdotya Ryazanoçka” (müq. et № 5), “Mixail Kazari-
nov” (müq. et № 7), “Alyoşa Popoviç vә Talesiz Danila” bılinası
(qәziyyәsi) – “Alyoşa vә Petroviçlәr bacısı” (müq. et № 8). Bura
gәlmә süjetlәrә әsaslanan (Süleyman haqqında dastan vә s.) vә
xüsusi tәhlil tәlәb edәn vәfasız arvad haqqında nәğmәlәri dә әla-
vә etmәk olar: rәqib tәrәfindәn oğurlanan xәyanәtkar arvad ona
öz әri ilә mübarizәdә kömәk edir – “Banoviç Straxinya” (epik

189
   184   185   186   187   188   189   190   191   192   193   194