Page 188 - jirmunski
P. 188
tor Jirmunski

Skadra” tipi). Diterix birinci versiyanın cәnubda (yunan, alban,
cәnub-rumın), ikincinin isә şimalda (slavyan vә dak-rumın) ya-
randığını iddia edir. O, qeyd edir ki, körpәni әmizdirmә motivinә
albanlarda da rast gәlinir. Diterixin bölgüsündә digәr qeyri-dә-
qiqliklәr dә var: alban nәğmәlәrindә qala tikilir (“Rozafati”),
slavyan nәğmәlәrindә isә çox vaxt körpü (mәsәlәn, Drina körpüsü).
Diterix (1902) yalnız 4 yunan nәğmәsini tanıyırdı, Politis isә
40-dan çoxunu. Materialın belә qeyri-bәrabәr toplanması da nәğ-
mәnin mәnşәyi mәsәlәsinin hәllinә yardım etmir: milli simpati-
yalardan asılı olaraq serb, yunan, alban, rumın, macar prioriteti-
nin tәrәfdarları mövcuddur.350 Bu mәsәlәyә bütöv bir kartoqrafik
araşdırma aydınlıq gәtirә bilәrdi. Ancaq burada ayrı-ayrı motiv-
lәrin müstәqil kartoqrafiyası lazımdır ki, onların sәrhәdlәri kә-
sişmәsin: şәhәrin vә ya körpünün tikilmәsi motivi, üzük motivi,
uşaq әmizdirmә motivi vә s. Nәğmәnin müxtәlif formalarının
coğrafi yayılmasından başqa, xüsusi xәritәyә nәğmә vә rәvayәt-
lәrin uyğunlaşdırıldığı coğrafi mәntәqәlәr dә daxil edilmәlidir.

Biz Balkan epos vә folkloruna, ayrıca olaraq cәnubi slavyan
xalqlarına türk tәsirinin mümkünlüyünü dә istina etmirik. Bu
mәsәlә, deyәsәn, indiyәdәk xüsusi tәdqiqat predmeti olmamış-
dır. Türk әsarәti vә milli müqavimәt bununla qeyd-şәrtsiz ziddiy-
yәt tәşkil etmir, elәcә dә, prinsip etibarilә, rus eposunda tatar (yә-
ni türk-monqol) vә ya ispan eposunda әrәb tәsiri istisna edilmir.
Әn azından, cәnubi slavyan dillәrinin leksikasındakı352 türk di-
lindәn çox sayda alınma sözlәr çoxәsrlik ünsiyyәt (müsәlman
serblәr bu qarşılıqlı tәsiri daha da asanlaşdırdı) nәticәsindә qarşı-
lıqlı mәdәni tәsirin olmasından xәbәr verir. Bu alınma sözlәr,
әsasәn, hәrbi sahәyә aid idi vә bilavasitә yunak vә qayduk epik
nәğmәlәrinin mövzu vә obrazları ilә ortaqlaşırdı.

Türk xalqlarının eposundan gәtirdiyimiz paralellәr bir çox
hallarda müqayisәli-tipoloji xarakter daşıyırdı vә ona görә bir-
biri ilә coğrafi vә mәdәni baxımdan cәnub slavyanlarla bağlı ol-
mayan Sibir vә Orta Asiya xalqlarının epik dastanlarından
götürülmüşdü. Biz genetik әlaqәnin mümkünlüyünü yalnız iki
halda ehtimal edirik: voyevoda Momçilanın qanadlı su ayğırı

188
   183   184   185   186   187   188   189   190   191   192   193