Page 186 - jirmunski
P. 186
tor Jirmunski

Cәnubi slavyan versiyaları üçün arvadın öz әrini toyda tanı-
masını tәsvir edәn nәğmәlәr xarakterikdir: “Vila qnğizdo tiüa
lastaviüa…” Bu versiyaların Bova haqqında romanla birbaşa
(genetik) әlaqәsi yoxdur: Bovanın qayıtması haqqında hekayәtin
özü sonradan roman mәzmunlu fransız eposunda bu süjetin bir
işlәnmә halıdır. Populyar süjetin yeni dövr nәğmәlәrindә işlәn-
mәsi dә maraqlıdır, mәsәlәn, Perrinin qeydә aldığı, serb müsәl-
manlarında “Culiç İbrahimin әsir düşmәsi” süjeti.337

Әnәnәvi süjetin yeni, qeyri-әnәnәvi tipә transformasiyası da
çox xarakterikdir: arvad öz әrinin toyunda. Bu mövzu ilә bağlı
Qәrbi Avropa ballada vә romansları da mövcuddur: ingilis (“Yo-
ung Beichan”),338 italyan (“Moran d’İnghilterra”), ispan (“El
Conde Sol”), skandinav (“Peder”), elәcә dә, ola bilsin, müstәqil
mәnşәli “Voynikc Oqnenc i neqovata jena” bolqar nәğmәsi.339

15
Gördüyümüz kimi, bu qrup süjetlәr nәinki geniş mәnada
“beynәlxalq”dır, hәm dә bәzәn bir neçә spesifik xüsusiyyәti ilә
cәnubi slavyanlardan başqa, Balkan yarımadasının digәr xalqları
arasında da yayılmışdır (yunanlarda, albanlarda, rumınlarda).
Dilçilik sahәsindә qoyulan “balkan birliyi” mәsәlәsi folklor sa-
hәsindә dә qoyulmalıdır. Bu haqda hәlә XX әsrin әvvәllәrindә
mәşhur bolqar folklorşünası professor Şişmanov, onun ardınca
isә alman alimi Diterix dә danışırdılar.341 Dildә “balkan birliyi”
mәsәlәsi әksәr hallarda balkan xalqlarının sıx tәmasda olduğu
dövrlәrdә inkişaf etmiş sonrakı hadisәlәri әhatә edirsә (mәsәlәn,
postpozitiv artikl vә s.), folklor sahәsindә dә belә oxşarlıqları,
yaxşı olardı ki, daha sonrakı hallarda, o cümlәdәn novella (balla-
da) süjetlәrinin inkişafında axtarmaq lazımdır. Bunlardan biz әn
aydın iki әyani misalın üzәrindә dayanacağıq.
1. Ölü qardaş. Bu süjet bütün Balkan yarımadasında (serblәr-
dә, xorvatlarda, makedoniyalılarda, bolqar, alban, yunan vә ru-
mınlarda) ümumavropa ölü adaxlı (“Lenor”) süjetini sıxışdırdı;
özünün qәdim formasında o, yalnız Sloveniyada tanınır.342 Onun
yayılma xarakteri bizi, Sozonoviçdәn343 fәrqli olaraq, bu süjetin

186
   181   182   183   184   185   186   187   188   189   190   191