Page 181 - jirmunski
P. 181
Xalq qəhrəmanlıq eposu

mәnbә rolunu oynamış poemada ayrılıq zamanı arvadın әrinә hә-
diyyә etdiyi köynәk motivi dә mövcuddur: nә qәdәr ki köynәk
ağdır, әr әmindir ki, arvadı ona sadiqdir. Boltenin313 qeyd etdiyi
kimi, poemanın әsasını Mayns kilsәsindә başdaşı yazısı ilә bağlı
olan yerli rәvayәt tәşkil edir; qraf Aleksandr Metsdәn yox, Mayn-
sdan idi (Alexander von Mainz) vә saxlanmış ad sonrakı tәhrifet-
mәnin nәticәsidir.

XVI–XVII әsrlәrdә çox geniş populyarlıq qazanmış alman
xalq balladası bir sıra qeydlәrdә saxlanmışdır.314 Ondan eyni
mәzmunlu Niderland, Danimarka, İsveç vә island balladaları ya-
ranmışdır. Poema vә ya balladaya dayanan nağıllarda bu süjet
Almaniyada nәsr formasında daha çox yayılmışdır (Qrimmlәr
toplusu, № 218, “Sadiq arvad”) vә onun hüdudlarından kәnarda
xeyli az tanınırdı (xorvatlarda, çexlәrdә, ukraynalılarda). “Qusli-
çalan şahzadә qız” rus nağılı Afanasyevin әsәrlәrindәn mәlum-
dur (III, № 338; Aarne – Andreyevin kataloquna görә № 880, V).
Fr.Kurelasın toplusundakı xorvat nәğmәlәrindәn İvan Franko
özünün “Poeme pro bilu soroçku” poemasında istifadә etmişdir.315
Lakin bu xorvat nәğmәsi cәnubi slavyan epik nәğmәlәrinin әnә-
nәvi janrına aid deyil vә görünür, kitab mәnşәlidir.

Stavr Qodinoviç haqqında bılinada süjet hәm dә başqa mәn-
şәli vә xarakterli bir sıra elementlәrә malikdir: Stavrın özünü
öymәsi vә cinsi mәnsubiyyәtin sınağı. “Avdotya Ryazanoçka”
(Qilferdinq, III, № 260 vә b.)316 bılinasında qәhrәman qızın qiya-
fәt dәyişmәsi sәhnәsi yoxdur vә burada әsir götürülәn onun qar-
daşıdır.

6. Qayduk qardaş (vә ya quldur) tanımadığı qardaşını öldürür
(Vuk, II, № 15, “Predraq vә Nenad”). Librext mәzmunca oxşar
yeni yunan nәğmәlәrini göstәrir.317

7. Oğlan qızı әsirlikdәn azad edir vә sonradan mәlum olur ki,
qız onun öz bacısıdır. Serb nәğmәlәrindә Mark Kraleviç (Xa-
lanski, s.453–454 vә 578) vә bolqar nәğmәlәrindә (yenә orada,
s.454) müxtәlif digәr adlarla bağlı olan süjet motividir. Qabağı
alınmış insest motivi burada müxtәlif variasiyalarda üzә çıxır; o,
Markın satılmış arvadı vә ya Boqdanın Lütisası haqqında mövzu-
ca oxşar olan nәğmәlәrdә dә vardır (Xalanski, s.624–627).318

181
   176   177   178   179   180   181   182   183   184   185   186