Page 179 - jirmunski
P. 179
Xalq qəhrəmanlıq eposu

la, әfsanәyә aparıb çıxarır. Onlar “orta”, “qәdim”, “әn qәdim”
dövrün nәğmәlәri sırasına daxil edilir (o cümlәdәn әnәnәvi ola-
raq “mifoloji” adlandırılan) vә biz onları novella (ballada) mәz-
munlu sonrakı nәğmә repertuarına da aid edә bilәrdik. Onlardan
әn geniş yayılanları sadalayaq:

1. Ölü qardaş (Vuk, II, № 8, “Braça i sestra” vә b.). Bütün
Avropa xalqlarına mәlum olan “Lenor haqqında ballada” süjeti-
dir. Burada ölü adaxlı әvәzinә nişanlı qızın dalınca ölü qardaş
gәlir ki, onu anasına aparsın. Müxtәlif formalarda bu versiya
bütün balkan xalqları poeziyasında tәmsil olunmuşdur: serblәrdә
vә xorvatlarda, makedoniyalılarda vә bolqarlarda, yunanlarda vә
rumınlarda (bax: s.188).302

2. Marko Kraleviç vә Kosturalı Mina (Vuk, II, № 61; Boqi-
şiç, № 7 vә b.). Komparativist tәdqiqatçılar tәrәfindәn bu nәğmә
adәtәn “әrin qayıtması” süjetiylә bağlı tәdqiq edilirdi. Burada
müqayisә üçün (“Bova” vә “Volf Ditrixlә”) çıxış nöqtәsi kimi bu
tip süjetlәrdә geniş yayılmış vә ona görә dә qeyri-spesifik olan
dondәyişmә motivi (zәvvar, rahib vә s. libası) götürülürdü.303 La-
kin Sozonoviç böyük inandırıcılıqla serb vә bolqar versiyaları ilә
yanaşı, bir sıra çox oxşar roman (cәnubi fransız, şimali italyan,
ispan vә portuqal) balladalarının vә xristian qızı qaçıran “mavr-
sarasin” haqqında romansların mövcudluğunu göstәrdi: qәhrә-
man qız mavr-sarasinә әsir düşür; zәvvar libası geymiş әri onu
axtarır; arvadını sınamaq üçün o, ona öz ölümü haqqında yalan
mәlumat verir; arvadı ağlayır, mavr onu döyür vә s.304

3. Mark evdә olmadıqda arvadının öz qayınanası tәrәfindәn
sıxışdırılması. (Nikoliç, I, № 38 vә b.).305 Serb vә bolqar nәğmә-
lәrindәn savayı, yeni yunan, alban, rumın, Ukrayna (Çubinski, V,
726–727) vә bir çox roman (fransız, provansal, katalon, italyan,
ispan)306 nәğmәlәrindә dә bu süjetә rast gәlmәk olar: toydan dәr-
hal sonra әr müharibәyә gedir vә gәnc arvadına anasından muğa-
yat olmağı tapşırır; zalım qayınana qızı evdәn qovur vә onu do-
nuz otarmağa vadar edir; әr 7 ildәn sonra qayıdır vә arvadını ta-
pır; arvadının ona sәdaqәtini sınaqdan keçirәndәn sonra anasını
cәzalandırır (vә ya bağışlayır).

179
   174   175   176   177   178   179   180   181   182   183   184