Page 176 - jirmunski
P. 176
tor Jirmunski

rakterlidir. Bu dastanları tipoloji cәhәtdәn qohum olan knyaz
Vladimirin evlәnmәsi, Dobrınya vә ya Dunayın elçi rolunda işti-
rak etmәsi haqqında salnamә vә dastan hekayәtlәri ilә yaxınlaş-
dıran başqa xüsusi cizgilәrlә müәyyәn etmәk mümkün deyil.

Әgәr bu dastanın cәnubi vә şimali alman versiyalarını götürsәk,
alman şpilmanları rus bahadırı haqqında nә bilirdilәr? Tәkcә
onun öz gücü vә şücaәtlәri ilә mәşhur qoca rus bahadırı olması
vә adının knyaz Vladimirlә bağlı olması, ola bilsin ki, onun qo-
humudur, ya da knyazın hansısa elçilik sәfәrindә iştirak etmişdir
(“Ortnid”ә görә). Axırıncı mәqamı alman şpilmanı bir sıra digәr
mәqamlarla birgә o dövrün dәbinә uyğun uydura bilәrdi, çünki
“Tidrek haqqında saqa” onun bu rolu haqqında heç nә bilmir,
hәm dә yuxarı (cәnubi) alman “Ortnid”indә İlya sehrli kömәkçi
vә qәhrәmanın havadarı sverq Alberixin elçisi rolunda çıxış edir.
Yerdә qalanlar Bernli Ditrix vә Attilanın slavyanlara qarşı ya-
lançı tarixi müharibәlәr kimi әnәnәvi deyil vә o dövrdә hakim
olan epik şablonlara müvafiq olaraq dastan materialları ilә çox
azad davranan şpilmanlar tәrәfindәn yaradılmışdır.

Rus eposunun tәdqiqatçısı üçün alman eposunun müqayisәli
öyrәnilmәsindәn yalnız bir mühüm nәticә çıxır: knyaz Vladimi-
rin adı ilә bağlı olan İlya rus bahadırı kimi artıq XII әsrin sonun-
da tanınmışdı; o, ilkin mәnşәyinә görә nә kazak (XVI әsrdә ol-
duğu kimi), nә dә kәndlidir (XVII–XVIII әsrin dastanlarındakı
kimi), o, knyaz drujinaçısıdır, özü dә әsilzadәdir (D.S.Lixaçovun
Dobrınya haqqında qeydlәrindәn sonra onun knyaz Vladimirlә
ana tәrәfdәn qohumluğunu әsilzadә mәnşәyi hesab etsәk).299
Ümumiyyәtlә, qәhrәmanlıq eposunun müqayisәli öyrәnilmәsi
üçün bu misaldan vә Rolandın Dubrovnikdәki büstündәn eyni
nәticә hasil olur: digәr xalqın eposu ilә birbaşa tanışlığın olma-
ması vә belә tanışlığa dil nöqteyi-nәzәrindәn maneәlәrin mövcud-
luğu şәraitindә yadelli epik qәhrәmanın adının populyarlığı, Vla-
dimir vә İlya haqqında rus (vә ya “varyaq”) nәğmәlәrinin alman
ifaçılarına mәlum olduğunu vә onların alman eposu süjetlәrindә
әks olunduğunu sübut etmir.

176
   171   172   173   174   175   176   177   178   179   180   181