Page 174 - jirmunski
P. 174
tor Jirmunski
zen). Ortnid Lombardiyada (ze Lamparten), Qartda (Garte –
Qarda gölü) hökmranlıq edir. O, dәnizin o tәrәfinә, şәrqә, sarasin
sultanı Maxorelin qızına elçi gedir vә qızın atasının şәhәri Mun-
taburu әlә keçirib qızı öz razılığı ilә qaçırır. Bu sәfәrdә gözәgö-
rünmәz papaqla gizlәnәn sehrli kömәkçi Alberix (qәhrәmanın
atası) Ortnidә kömәk edir; ordunun başında İlya Russki dayanır
vә әmisi oğluna onun gözәl nişanlısını nişan verir. Ortnid Maxo-
relin qızını qaçırdıqdan sonra Maxorel onun ölkәsinә әjdaha
göndәrir vә Ortnid onunla döyüşdә hәlak olur.
Alman vә rus tәdqiqatçıları artıq çoxdan İlya Russkini dastan
bahadırı İlya Murometslә eynilәşdirirlәr.295 Qartadakı (Qarda)
Ortnida qәsrinin adı Novqorodun isveç vә alman (Holm-gard,
No-garden) vә ya Kiyev dövlәtinin qәdim skandinav adına (Gar-
da-reich, şәhәrlәr ölkәsi) bağlıdır. Ehtimal etmәk olar ki, bu coğ-
rafi adın mәnasını bilmәyәn alman ifaçısı ona mәlum olmayan
“Garda” adını Alpdan keçәrәk, Milan vә Lombard düzәnliyinә
aparan yolun üstündә yerlәşәn Lombardiyadakı Qarda şimali
italyan gölünün adı ilә eynilәşdirmişdir. Belәliklә, bu qrupdan
olan poemaların “lombard silsilәsi” adı altında birlәşdirilmәsi
üçün bütün tarixi әsaslar qüvvәdәn düşür.
Coğrafi adların bu cür şәrhinin düzgünlüyünü norveç “Tid-
rek haqqında nәğmә”dә (1250) әks olunmuş hәmin dastanın şi-
mali alman variantı da tәsdiqlәyir. Buradakı Ortnidә Hertnid ob-
razı uyğun gәlir. Hertnid qüdrәtli slavyan kralıdır, ruslar, polyak-
lar (Pulinaland) vә viltinlәr vә ya vilslәr (lütiçlәrin qәrbi slavyan
adıdır ki, onlarla da almanlar Elbada rastlaşmışlar) onun tabeçili-
yindәdirlәr.296 Onun paytaxtı Holm-garddır (Novqorod). Rus
Hertnid (Hertnid von Reussen) adı ötәri olaraq XIII әsr alman
eposunun digәr әsәrlәrindә dә çәkilir. Kral Hertnidin üç oğlu var
idi vә o, krallığı onlar arasında bölmüşdü: böyüyü – Osantriks
viltinlәrin, ikincisi – Vademar rus vә polyak torpağının kralı idi-
lәr, üçüncüsü – Yunan İlya (İljas af Greca) isә mәşhur bahadır idi
vә görünür, kәniz oğlu imiş. Oğlanlarından biri hәm dә Hertnid
(yәni Ortnid) adı daşıyırdı.
Viltinlәr haqqında üç hissәdәn ibarәt saqa kral Osantriksin
hun kralı Miliasın qızına elçiliyindәn, sonra hunların yeni kralı
174