Page 169 - jirmunski
P. 169
Xalq qəhrəmanlıq eposu
burqund kralı Qunterin, hәm İtaliyada lanqobard Albuinin sara-
yında olub vә hәr yerdә müxtәlif german tayfalarına eyni dәrәcә-
dә aydın vә maraqlı olan nәğmәlәrlә çıxış edib. Buna uyğun ola-
raq, Beovulf haqqında poemada (700-cü ilә yaxın, X әsr әlyazma-
sı) anqlosakslar da Britaniya adasına köçmәmişdәn öncә (VI әsr)
Yutland yarımadasının cәnub-qәrb sahillәrindә qәdim qәbilә
dövründә vәtәnlәrindә özlәrinә qonşu olan danların vә qautların,
yәni skandinav tayfalarının qәhrәmanlarının şücaәtlәri haqqında
danışa bilәrdilәr. Bir az sonrakı dövrdә, feodal dövrünün ilkin
mәrhәlәlәrindә (VI–IX әsrlәr) dil vә etnik mәdәniyyәtin yaxınlı-
ğı Nibelunqlar silsilәsindәn olan şimali alman epik nәğmәlәrinin
skandinav xalqlarına, Norveçә, ordan da İslandiyaya keçmәsinә
vә onların Qükunqlar vә Niflunqlar haqqında, yәni mәnşәcә
frank olan Ziqfrid (Siqurd), hun kralı Attila (Atli), burqund Qun-
ter (Qunnar) vә onun qardaşları (tarixi Qibixunqlar) haqqında
“Edda” island epik dastanında (IX–XII әsrlәr nәğmәlәri, XIII әsr
әlyazması) әks olunmasını mümkün etmişdir.
Belәliklә, qәdim german eposu qәbilәlәrarası epos olduğu
qәdәr beynәlxalq epos deyil. Hәm dә bu qәdim qәbilәlәrarası
ünsiyyәt әdәbi “tәsir” vә ya mövzuların, motivlәrin vә ya süjetlә-
rin “alınması” xarakterinә malik deyil. Bir xalqdan o biri xalqa
bütöv nәğmәlәrin keçidi baş verirdi ki, bu da yaradıcı formada
işlәnir vә müәyyәn yeni, bәnzәri olmayan milli versiyaların ya-
ranmasına sәbәb olurdu (Nibelunqlar haqqında nәğmәlәrin is-
land versiyası). Bu versiyalar onu yaradan xalqın simasını әks et-
dirirdi: Siqurd Fafnisbani (“әjdaha Fafnirin qatili”) island baha-
dırına çevrildi vә “Nibelunqlar haqqında nәğmә”dәki vә ya son-
rakı alman xalq kitabәlәrindә Ziqfridin ideal alman pәhlәvanına
çevrildiyi kimi, island әdәbiyyatı vә mәdәniyyәtinә daxil oldu.
Şübhәsiz ki, belә nәğmәlәr mübadilәsi yalnız qohum dillәrin
bir dilin dialektlәri kimi qarşılıqlı anlaşdığı vә gәlmә ifaçının
nәğmәsinin tәrcümәsinә ehtiyac duyulmadığı vә yaxud ikidilli
zonalar vә hәr iki dildә nәğmә oxuya bilәcәk ikidilli ifaçıların ol-
duğu şәraitdә mümkün idi. Belә ifaçıların cәnubi Özbәkistanın
vә Tacikistanın ikidilli özbәk-tacik rayonlarında olması qonşu
169