Page 167 - jirmunski
P. 167
Xalq qəhrəmanlıq eposu

sadә döyüşçülәrә neçә gün ziyafәt verir. Xәrclәri ödәmәk üçün
o, bütün mülkünü satır, Tidrek vә pәhlәvanlarının saxlamaq üçün
ona verdiklәri sursatı girov qoyur. Knyaz Vladimirin incik saldı-
ğı, onun ziyafәtinә dәvәt edilmәyәn İlya oxla kilsәnin qızıl qüllә-
lәrini vurub salır, knyazın acığına özü ziyafәt tәşkil edir, әyyaşla-
rı, içki düşkünlәrini mәclisә çağırır.

Qauptun müәyyәn etdiyi oxşarlığın bu yeni xüsusiyyәti müәl-
lifi tamamilә әmin edir ki, “İlya Russki” (XII-XIII әsr alman
epik poemaları rus bahadırını belә adlandırır) alman şpilmanları-
na çox yaxşı tanış idi (Qanzey әlaqәlәri vә s.). Lakin Qaupt nәzә-
rә almır ki, “İlya ilә Vladimirin mübahisәsi”, elәcә dә “İlya vә
sәrsәrilәr” bılinaları İlya silsilәsindәn әn son әsәrlәrә aiddir vә
XVI-XVII әsrlәrdәn tez yaranmayıb.278 Demәli, İlyanın şәfa tap-
ması haqqında sәrgüzәşt kimi, XII-XIII әsrlәr alman eposu üçün
mәnbә rolu oynaya bilmәz.

Belә olan halda slavist Xalanskinin germanistika mәsәlәlә-
rindә olduğu kimi, germanist Qauptun da slavistika mәsәlәlәrin-
dә aciz oduğunu qeyd etmәyә bilmәrik. O, açıq etiraf edir ki, rus
dilini bilmir vә eposlar haqqında öz mәlumatını Volnerin 1879-cu
ildә işıq üzü görmüş kitabından (“Untersuchungen über die Volk-
sepik der Grobrussen”) götürmüşdür.279 “Slavica non leguntur”
(“Slavyan kitabları oxunmur”) prinsipi yaxın zamanlaradәk ger-
man-slavyan epik әlaqәlәrinin alman tәdqiqatlarında hәlledici
rol oynayırdı. Qauptun fikrincә, İlya ilә Tetleyfin eynilәşdirilmә-
sinin bir çox görkәmli germanistlәr tәrәfindәn rәğbәtlә qarşılan-
ması ancaq bu durumla izah edilә bilәr.280 Rus mәnbәlәri ilә işlә-
mәk imkanı olan Ella Ştuder haqlı olaraq onun elmi әsassızlığını
qeyd edir.281

13
“Hәr bir tarixi xalqın eposu zәrurәt yarandıqda beynәlxalq
epos olur”.282 A.N.Veselovskinin geniş yayılmış bu müddәası in-
diki vaxtda mühüm dәqiqlәşdirmә aparmadan vә mәhdudiyyәt
qoyulmadan, çәtin ki, qәbul olunsun. Sehrli, heyvanlar haqqın-
da, lәtifә formalı nağıllar süjeti beynәlxalq sәciyyәlidir. Nağıl

167
   162   163   164   165   166   167   168   169   170   171   172