Page 163 - jirmunski
P. 163
Xalq qəhrəmanlıq eposu
e) Ov zamanı Ziqfridin öldürülmәsi vә Uroşun öldürülmәsi
haqqında “poetik-kitab rәvayәtlәri”. Bu tip epik dastanların orta
әsrlәrdә yayılması haqqında (bax s.140 vә daha sonra);
f) Etselin (Attilanın) Ziqfridin dul arvadı Krimhildaya elçili-
yi (elçi – markqraf Rüdiger) vә knyaz Vladimirin elçiliyi (elçi –
Dunay ). Hәr iki halda elçilik süjeti hәr hansı spesifik xüsusiy-
yәtlәrdәn mәhrumdur. Elçilәrin “xarakterlәri”nin qarşılaşdırıl-
ması (sakit Dunay vә der “milde” Rüdiger) anlaşılmazlıq üzәrin-
dә qurulmuşdur (bax: s.161).
Etselin (Helche) birinci arvadının Kiyev knyaginyası Olqa
ilә müqayisәsi dә (tәkcә linqvistik nöqteyi-nәzәrdәn yox) fantas-
tik xarakter daşıyır.265 Attilanın sarayındakı Roma sәfiri Prisk
onun mәşuqәsini “Kerka” adlandırır – german eposunda “Her-
ka”, “Erka”, alman eposunda “Herche”, “Helche”.266 “Kerka”,
yәqin ki, “graeca” – “yunan qızı” mәnasını verir (ola bilsin, Bi-
zanslı şahzadә qız);267
g) Simonoviçin yuxarıda qeyd etdiyimiz mәqalәsindә “Nibe-
lunqlar haqqında dastan vә serb qәhrәmanlıq eposu” mövzusuna
xüsusi fәsil hәsr edilmişdir.268 Burada Qunterin (Ziqfridin) Brünhil-
daya elçiliyi ilә “Duşanın evlәnmәsi”ndәn başqa, nisbәtәn yeni
nәğmә olan “Maksim Tsrnoyeviçin evlәnmәsi” dә müqayisә edi-
lir (Vuk, II, № 88). Bu nәğmәdә deyilir ki, İvo Tsrnoyeviç Vene-
siya dojunun qızına elçi düşüb onu öz oğlu Maksimә alır vә ba-
canağının yanında qürurlanır ki, adaxlı yunaklar arasında әn ya-
raşıqlısıdır. Ancaq o, evә qayıdanda görür ki, evdә olmadığı
müddәtdә Maksim çiçәk xәstәliyinә yoluxub eybәcәr hala düşüb.
Uzun tәrәddüdlәrdәn sonra İvo elçi karvanı hazırlayır vә yalançı
çıxmamaq üçün eybәcәr hala düşmüş adaxlını yaraşıqlı gәnc vo-
yevoda Miloş Obrenbeqoviçlә әvәzlәyir. Elçi karvanı nişanlını
vә әnamları götürüb geri qayıdır; nişanlı qız yalanı ifşa edir vә
tәlәb edir ki, Miloş toy hәdiyyәlәrinin hamısını Maksimә qaytar-
sın. Mübahisә qızışır. Maksim nizә ilә Miloşu vurur vә bu ölüm
böyük qan-qadaya yol açır. Nәğmәdә söylәndiyi kimi, Miloşun
qohumları ilә Maksimin qohumları arasında qan davası hәlә in-
diyәdәk sakitlәşmәyib.
163